XƏBƏRLƏR
MƏLUMAT
Dövlət Film Fondunda Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2024 09:19

İyunun 12-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında məlumat verib, aktyorla “Alma almaya bənzər” filminin çəkilişində ünsiyyətindən bəhs edib.

Xalq artistləri Tariyel Qasımov, Cəfər Namiq Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy H.Sadıqov haqqında xatirələrini bölüşüblər.

Çıxış edənlər tanınmış aktyorun xatirəsini əziz tutduğuna və tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.

Tədbir boyu sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

 

Baxış sayı: 80