XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq rəssamı Salam Salamzadənin anadan olmasının 116 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2024 09:46

Salam Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. “Şərq qadını”, “İnqilab və mədəniyyət” jurnallarında, Milli İncəsənət Muzeyi və Azərbaycan Ədəbiyyatı Muzeyində çalışıb. O, “Toxuculuq fabriki”, “Fermada qadın”, “Rüstəmin Əfrasiyabla döyüşü”, “Günəş altında”, “Rəfiqələr”, “Rezervuarlar”, “Üzeyir Hacıbəyovun portreti” kimi əsərlərin müəllifidir. Rəssam yaradıcılığının 10 ilə yaxın dövründə müxtəlif janrlı əsərlər - “Ərəb ölkələri silsiləsi”ni ərsəyə gətirib. Onun əsərləri bir sıra ölkələrin muzey, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Rəssam 1997-ci ildə vəfat edib.

Baxış sayı: 630