XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Ağaxan Abdullayevin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
25/12/2020 01:59

Məşhur Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Ağaxan Abdullayev 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas muiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

Ağaxan Abdullayevi 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü idi.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.

10 may 2015-ci ildə Heydər Əliyev Fondunun"Qızıl çinar” beynəlxalq mükafatıilə təltif olunub.

Məşhurxanəndə “Versözə ehyaki...”(1989), “Dağıdılmış körpülər” (1996), “Abşeron lövhələri” (2004) filmlərində iştirak edib, “Küçələrə su səpmişəm” (2004) bədii filmini, “Bakı bağları. Nardaran” (2007), “Biz qayıdacağıq” (2007), “Muğam” (2007) filmlərini ifası ilə rövnəqləndirib. Onun haqqında “Ağaxan” (2006), “Əslində Ağaxan Abdullayev” (2005) filmləri çəkilib.

Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Baxış sayı: 1140