XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Ələkbər Hüseynovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2023 00:18

Əməkdar artist Ələkbər Hüseynov 1961-ci il iyulun 7-də Bakıda anadan olub. O, 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və Kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layiq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Sevilən sənətkar Ələkbər Hüseynov 2007-ci il 2 avqust tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Baxış sayı: 93