Elşən Şahin oğlu Cəbrayılov 12 iyul 1977-ci ildə Bakı şəhərində aktyor Şahin Cəbrayılovun ailəsində anadan olub.1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində, Xalq artisti, professor Cənnət Səlimovanın kursunda təhsil alıb.
1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetdə təhsil müddətində Musiqili Komediya Teatrında balet artisti vəzifəsində çalışıb. Çalışdığı dövrdə F.Qarayev, E.D.Filippo“Filumena Marturano”,O.Kazımov, R.Heydər “Qızıl toy”, S. Hacıbəyov, M.Əlizadə “Qızılgül”, E.Sabitoğlu, V.Kalmanovski “Odnajdi v Baqdade” İ.Kalman“Çıqan premyer”, İ.Kalman “Silva” və s. kimi tamaşalara qurulan rəqslərdə oynayıb.
İkinci kursda oxuyanda (1995-ci ildə) Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin “Qisas qiyamətə qalmaz” tamaşasında Nurlan rolunu ifa edib. 1997-ci ildə Akademik Milli Dram Teatrında S.Vurğunun “Fərhad və Şirin” tamaşasında Şiruyyə rolunu ifa edib.
Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub və teatrda aşağıdakı rolları oynayıb:
3-cü ərizəçisi (“Lənkəran xanının vəziri”,M.F.Axundov), İlyas (“Aydın”, C.Cabbarlı), 2-ci aktyor və Kapitan (“Hamlet”,V.Şekspir), Kommunist oğlan (“Hərənin öz payı”,X.Qoca), Kəndli (“Hökmdar və qızı”,İ.Əfəndiyev ), Poçt işçisi (“Poçt şöbəsində xəyal ”,Elçin), Mələk oğlan (“36-dan 6-sı”), Patrik (“Brüsseldən məktublar”,H.Həsənov), Vəkil (“Varlı qadın”,Ə.Əmirli), Fikrət (“ikinci səs”, B.Vahabzadə), Oğlan (“İnsan səsi”,J.Kokto), Miri bəy(“Dirilən adam ”, M.Cəlal), Müsyö Jordan (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Topuş (“Arılar arasında”, Elçin), Oğul (“Teleskop”, Elçin), Rəşid Axundzadə (“Qürbətdən gələn məktublar”,H.Həsənov), Yago (“Sənətkarın taleyi”,Elçin), Kote (“Xanuma”,Saqarelli), Veneralı (“Şekspir”, Elçin), Rodriqo (“Don Juan və həndəsə”), Narçin (“Qanlı Nigar”, S.Şendil), Mayor Lisanoviç (“Qarabağnamə”,İ.Əfəndiyev), Bred Vinner (“Qocanı öldürməliyik”,C.Patrik), Xlestakov (“Müfəttiş”,Qoqol), Şeyx Əhməd (“Ölülər”C.Məmmədquluzadə), Farmasyon Rüstəm (“Dəli yığıncağı”) və s.
Elşən Cəbrayılov 1994-cü ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcısıdır. “Space” telekanalında “Qızıl zəng” verilişinin aparıcısı olub.Bir müddət Dövlət Filarmoniyasında və Bakı Dövlət Sirkində aparıcı işləyib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən “Bakı,mən səni sevirəm!”filminin “Məhəbbət əfsanəsi” bölümündə Oqtay roluna çəkilib. Azərbaycan Dövlət Televiziyasının “Ünvansız eşq” teleserialında Həkim Ruslan obrazını canlandırıb.
Elşən Cəbrayılov 2008-ci ildə Prezident mükafatına, 2009-cu il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub