XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın SSR-in Xalq artisti Mustafa Mərdanovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2022 01:21

Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın SSR-in Xalq artisti (1943), "Qırmızı Əmək Bayrağı" ordenli Mustafa Həşim oğlu Mərdanov 28 fevral 1894-cü ildə Mərənddə anadan olub. O hələ uşaqkən ailələri Tiflisə köçüb və 1924-cü ilə qədər burada yaşayıblar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyib. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərib. Amma Mustafa teatra daha böyük maraq göstərib. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışıb. Lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdıb.

Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır.

Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat edib. Rejissor Səməd Mərdanovun qardaşıdır.

Baxış sayı: 276