10 mart Milli Teatr Günü münasibətilə Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, teatrın əməkdaşlıq haqqında Memorandum imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri, mədəniyyət xadimləri, Azərbaycanın paytaxt və bölgə teatrlarının rəhbərliyi və əməkdaşları iştirak edib.
Əvvəlcə qonaqlar üçün mətbuat konfransı təşkil olunub. Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov teatrın beynəlxalq əlaqələri haqqında məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, növbəti ildə də Milli Teatr Günü Akademik Milli Dram Teatrında türkdilli ölkələrin nümayəndələri ilə birgə keçiriləcək.
Teatrın foyesində təşkil olunan “Türk dünyası: ortaq köklər və dəyərlər” adlı sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı ilə başlayan tədbirdə Prezident İlham Əliyevin teatra göstərdiyi diqqət və qayğı qeyd olunub, mədəniyyət naziri Adil Kərimlinin tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov və Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycan teatrın tarixi və bugünkü uğurları haqqında çıxış edib. Qeyd olunub ki, Azərbaycan teatrları öz repertuarını zənginləşdirməklə yanaşı, müxtəlif beynəlxalq festivallarda Azərbaycanı uğurla təmsil edir.
Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı Özbəkistanın və Tacikistanın Xalq artisti Yodqar Sağdiyevə, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının Genel Müdiri Tamer Karadağlıya, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzova, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş bədii rəhbəri, Ayşəgül İşseverə, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının aktrisası, Əməkdar incəsənət xadimi Məlahət Kalyoncuya, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərova, Xalq artisti Samir Cəfərova, Xalq artisti Mehriban Zəkiyə və Əməkdar artist Anar Heybətova təqdim olunub.
“Teatr xadimi” medalı Qazaxıstan Milli Dram Teatrının direktoru Erkin Juasbekə təqdim olunub.
Daha sonra “Qızıl Dərviş” mükafatı ilə təltif olunublar: “Dar ağacı” tamaşasına görə Şəki Dövlət Dram Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Əməkdar artist Rauf Ağakişiyev (Sumqayıt Dövlət Dram Teatrı), Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zəminə Cəfərova. “Qızılgül” mükafatı Xalq artisti Şükufə Yusupovaya təqdim olunub.
Ötən il Milli Teatr Günündə təsis olunmuş Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı”ları Mədəniyyət Nazirliyi İncəsənət siyasəti şöbəsi İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova tərəfindən təqdim edilib. Mükafata Xalq artistləri Məleykə Əsədova, Yusif Eyvazov, Afaq Bəşirqızı, Bəxtiyar Xanızadə, Yasin Qarayev, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli layiq görülüb.
“Teatr dünyası” mükafatı ilə isə Akademik Milli Dram Teatrının Çin teatrları ilə əlaqələrinin qurulmasında xidmətlərinə görə Song Guangxiao, Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov təltif olunub.
“Qızıl pərdə” mükafatları Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tərəfindən təqdim olunub. Xalq artisti Lyudmila Duxovnaya, Əməkdar artistlər Rita Əmirbəyova, Elşən Cəbrayılov, Münəvvər Əliyeva, Məsmə Aslanqızı, Rövşən Kərimduxt və “Əsa” teatrı mükafata layiq görülüb.
Mükafatlandırılma mərasiminin sonunda Elnur Qədirov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tədbir, tamaşa və layihələrinin Azərbaycan Dövlət Televiziyası vasitəsilə işıqlandırılmasında göstərdiyi dəstəyə görə Akademik Milli Dram Teatrının Diplomu ilə təltif olunub.
Təntənəli tədbirdən sonra Mədəniyyət Nazirliyinin “Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibi yazıçı Pərviz Seyidlinin Əmir Teymurun həyatı və döyüş yoluna həsr olunan, milli kimlik və milli özünüdərk ideyasına söykənən “Ləng: zamanla yarışan insan” tamaşasının premyerası da olub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.








- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib