XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın şəhid Milli Qəhrəmanı Elşad Əhədovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2022 00:44

Elşad Əhədov martın 4-də 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlib. 1975-ci ildə orta məktəbə gedib. 1982-ci ildə yeddinci sinfi bitirərək, C.Naxçıvanski adına hərbi liseyə daxil olub. Sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər məktəbində təhsilini davam etdirib. 1989-cu ildə baş leytenant rütbəsi alıb və təyinatla Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilib. O, erməni işğalçılarının torpaqlarımıza hücumu zamanı Füzuli, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şışqaya və Beyləqanda vuruşub. 11 dekabr 1993-cü ildə "Ağdaş" yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub. Təzə Alvadı kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib və 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilib.

Baxış sayı: 155