Bir payız günündə, 1916-cı ilin 14 oktyabr tarixində Bakıda dünyaya göz açan Süsən Məcidova sənətə, səhnəyə hələ kiçik yaşlarından həvəs göstərib. İbtidai təhsili dördillik olmasına baxmayaraq, ədəbi əsərləri qavramaqda çətinlik çəkmədən səhnəyə çıxıb, 1929-cu ildə ilk dəfə dram dərnəyində çıxış edib. Bir müddət sonra Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda çıxış edib. Sənətin əhəmiyyətini, dəyərini dərindən bildiyindən ömrünün sonuna qədər 1933-cü ildən qədəm qoyduğu Gənc Tamaşaçılar Teatrına sadiq qalıb, teatrın aparıcı aktrisalarından biri kimi tanınıb, sevilib.
Xarakterik rollar ifaçısı kimi tanınan Süsən Məcidova tez bir zamanda filmlərə dəvət alıb, 1955-ci ildə iki filmdə (“Bəxtiyar”, “Görüş”) çəkilib. Bundan sonra ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində maraqlı rollar yaradıb, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Anlamaq istəyirəm” kinodramında Bikə, “Əmək və qızılgül” kinodramında Sürəyya, “Günlərin bir günü…” filmində Mirvari, “Həyat bizi sınayır”da Sadıqın arvadı, “O qızı tapın” detektiv dramında Səyyarə, “Tütək səsi” müharibə dramında Suğra xala, “Sən niyə susursan?” dram-macəra filmində Bəbirin yanında işləyən qadın, “Şir evdən getdi” filmində nənə, “Telefonçu qız” məhəbbət dramında Səlminaz, “Tənha narın nağılı” dramında Bəyxanım və digər filmlərdə yaddaqalan obrazlar oynayıb. Ekran obrazlarının çoxu kiçikplanlı olsa da, aktrisa potensialı çərçivəsində rolun həyat durumuna və psixologiyasına uyğun şəkildə personajları inandırıcı təqdim etməyə nail olub.
Yaradıcılıq duyumu güclü olan Süsən xanım Azərbaycan kinosunda 30-a yaxın müxtəlif janrlı filmdə fərqli xarakterlər yaradıb, eyni zamanda xarici və yerli filmlərin səsləndirilməsində yaxından iştirak (“Gün keçdi” – nənə, “Uşaqlığın son gecəsi” – nənə və s.) edib.
Unudulmaz teatr, kino aktrisası Süsən Məcidovanın bu və ya digər filmlərdəki rollarına dəqiq yanaşma üslubu, fərdi sənət düşüncəsi, yozumu müxtəlif dövr insanlarının xarakterlərini çözməyə, ekran əsərlərinin məzmununu dəqiq şərh etməyə imkan verib, ekran əsərlərinin inandırıcı təsir bağışlamasına səbəb olub. Sənətdə göstərdiyi peşəkarlığa, böyük sənət sevgisinə görə də sənətsevərlərin qəlbində, yaddaşında iz salıb, əziz xatirəsi hörmətlə anılıb. Aktrisa 17 iyun 1943-cü ildə Azərbaycanın Əməkdar artisiti fəxri adına layiq görülüb.
Süsən Məcidova 24 iyun 1985-ci ildə Bakıda vəfat edib.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub