XƏBƏRLƏR
MƏLUMAT
Böyük Səhra bir vaxtlar meşə olub
ÜMÜMİ XƏBƏRLƏR
07/09/2021 03:03

Son məlumatlara görə yaşadığımız dünyanın 4,5 milyard yaşı var. Dünyada bir zamanlar bütün qitələrin bir ada kimi birləşdiyi yer Pangeyadan milyon illər sonra mavi planet nəhayət indiki halını alıb. Bu əsnada saysız-hesabsız canlı növü və fərqli iqlim dəyişiklikləri dünya tarixindən gəlib keçib. Bəs əvvəllər okeanlar, meşələr, səhralar necə olub? Elm adamları uzun müddətdir bu suallara cavab axtarır. Dünyanın ən böyük səhrası olan Böyük Səhra ilə bağlı aparılan araşdırmalar bəzi faktları ortaya çıxarıb. Belə ki, bu səhra bir vaxtlar meşələrlə örtülü olub.

Afrikanın şimalını əhatə edən bu səhra, demək olar ki, ABŞ ilə eyni səthə malikdir və eyni zamanda, dünyanın ən isti səhrasıdır. Atlantik okeanından Qırmızı dənizə qədər uzanan səhra, tarix boyu karvanlar və ordular üçün çətin bir yol olub. Mərakeş, Qərbi Səhra, Mavritaniya, Əlcəzair, Çad, Mali, Nigeriya, Tunis, Liviya, Misir və Sudanı əhatə edən Böyük Səhranın ümumi sahəsi 9 milyon kvadrat kilometrdir.

Dünyanın ən soyuq səhrası

Dünyanın ən böyük isti səhrası olan Böyük Səhranın əks tərəfi Antarktidadır. Dünyanın cənub qütbü olan Antarktida qitəsi ən soyuq səhra kimi də tanınır. Səhranın  bir hissəsi qum səhrası olsa da, əhəmiyyətli bir hissəsi dağıntılarla örtülüb. Geniş səhralar olan hissə əsasən Qərbi Sahara  və  Mərakeşdədir. Böyük Səhra  hündürlüyü 3000 metrdən çox olan Tibesti və Ahaqqar dağlarına da ev sahibliyi edir. Bu dağların ətəkləri yaşayış üçün nisbətən daha əlverişlidir.

İlk qar 1979-cu ildə yağıb

Buna görə də köçəri icmalar, ümumiyyətlə, bu və bənzər dağların ətəyində məskunlaşırlar. Burada  keçmişdə 10 illər boyunca yağış yağmadığı dövrlər olub. Bununla belə, burada ilk qeydlərin aparıldığı dövrdən başlayaraq ilk qar 18 fevral 1979-cu ildə müşahidə olunub. Bu yerin  bitki örtüyü olduqca zəif olduğu üçün minerallarla zəngindir. Güclü küləklər minerallarla zəngin olan bu təbəqəni uzaq coğrafiyalara belə çatdırır. Məsələn, buranın külək izlərinə hətta Braziliya meşələrində də rast gəlinib. Qərbi Saharada orta istilik 18 dərəcə olsa da, bəzən temperatur 5 dərəcəyə enir. Xüsusilə gecələr, Böyük Səhra olduqca sərindir.

Baxış sayı: 184