Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Böyük dayaq”dır, çəkilişindən 60 il keçir… Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi internet səhifəsi məlumat verir.
Görkəmli yazıçı Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilən, müasir kənd zəhmətkeşlərinin həyatından bəhs edən “Böyük dayaq” filmi 1962-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
“Böyük dayaq” romanı ədəbiyyatımızın dəyərli əsərlərindən biri hesab olunur. Mirzə İbrahimov öz romanı əsasında yeni ssenari yaradarkən əsərinin ən qiymətli cəhətlərini daha da qabarıq ifadə etməyə çalışıb ki, buna da nail olub.
Rejissor Həbib İsmayılovun quruluş verdiyi filmdə Azərbaycan kəndini bütün xarakterik əlamətləri və təzahürləri ilə görürük. Bu, həm ssenaristin və quruluşçu rejissorun, rəssamın və operatorun, eyni zamanda bəstəkarın və bütün aktyor ansamblının xidmətidir.
Ümumiyyətlə götürdükdə isə Həbib İsmayılovun yaratdığı filmlərdə psixoloji dərinlik, həyatilik, təbiilik tamaşaçı diqqətinin mərkəzində dayanır. Rejissorun filmlərində insana, onun yaradıcı əməyinə olan dərin məhəbbət hissini duymamaq mümkün deyil.
Yeri gəlmişkən, Həbib İsmayılov təhsilini aktyorluq və rejissorluq üzrə bitirmiş, 1935-ci ildən kino sahəsində çalışıb. Rejissor kimi bir sıra sənədli və elmi-kütləvi filmlər çəkib, “Ögey ana”, “Böyük dayaq” kimi sənət nümunələrinə quruluş verib.
“Böyük dayaq” filmindəki Rüstəm kişi, Ələsgər Ələkbərovun ifasında xalqın səsinə qulaq asmayıb, onun sözünü eşitməyən, xidmət etdiyi zəhmət adamlarının fikirlər ilə hesablaşmayan, nəticədə faciə ilə üzləşən bir şəxsdir. Rüstəm kişinin daxili aləmində münaqişəli mübahisələri aktyor Ələkbərov çox təsirli və artıq hərəkətə yol vermədən yaratmağa nail olub.
O da təsadüfi deyil ki, H.İsmayılov uzun illər teatrda çalışıb, bəlkə elə ona görədir ki, onun filmdə çəkiləcək aktyorlarla apardığı iş uğurla nəticələnib.
Rüstəm kişi obrazında Ələsgər Ələkbərovun çəkilməsi Həbib İsmayılovun cəhdi nəticəsində baş tutub. Belə ki, Ə.Ələkbərov Həbib İsmayılovun 1958-ci ildə çəkdiyi “Ögey ana” filmində də kolxoz sədri obrazını yaradıb. O dövrdə iş prosesində müsahibə verən Ələsgər Ələkbərov kinorejissorun aktyorlarla işləməsindən danışıb, onun apardığı bacarıqlı fərdi işin nəticələrini qiymətləndirib və Həbib İsmayılovun öz filmləri üçün maraqlı aktyor ansamblı torlamaq bacarığına malik olduğunu vurğulamağı da unutmayıb.
Telli arvad obrazını yaradan Nəsibə Zeynalova da, Həbib İsmayılovun “Böyük dayaq” filmindən əvvəl çəkdiyi “Ögey ana”da qarı roluna çəkilib. Filmin bədii rəhbəri məşhur gürcü kinorejissoru Çiaureli film çəkilib qurtarandan sonra, axırıncı baxışların birində söhbət zamanı Nəsibə Zeynalovanın oyununu qiymətləndirərək, onu istedadlı sənətkar adlandırıb.
Filmin çəkiliş zamanı bir sıra çətinliklər ortaya çıxıb. Filmin operatoru Xan Babayevin xatirələrindən: “Film üçün kadr çəkərkən əlverişli obyektlər tapmaq, obrazları tamaşaçıya bütün xüsusiyyətləri ilə çatdırmaq mütləq lazımdır. “Böyük dayaq” filmi çəkilərkən bir çox problemlərlə üzləşdik. Ancaq kollektivin səyi nəticəsində bəzən bir həftənin işini üç gündə görməklə istədiyimizə nail olduq”.
“Böyük dayaq” X.Babayevin çəkdiyi ilk rəngli tammetrajlı bədii film idi. 60-cı illərdə Sovetlər Birliyində istehsal olunan rəngli lentləri öz keyfiyyətinə görə müasir tələblərə tam cavab vermirdi. Bu barədə bir vaxtlar Xan Babayevlə birgə filmlərin çəkilişində onun assistenti kimi iştirak edən operator Şərif Şərifov danışıb: “Rəngli çəkiliş lentləri keyfiyyətinə görə müasir tələblərə cavab vermədiyi üçün bir çox məsələləri lentin yoxlanışı ilə həll etməli olurdu. Bizi daima narahat edən problem lentdə aktyorun üz rənginin düzgün alınması, yaşıl rəngin çoxluğu və kadrın daxilində kölgə-işığın ölçüsünü tapmaq idi. Hər kadrın çəkilişindən qabaq o, məndən tələb edirdi ki, kadrın daxilində yerləşən aktyorları, dekorasiyanın divarını, əşyaların işığını bir daha eksronometrlərin (işığın miqdarını ölçən alət) köməyi ilə ölçüm. Xan Babayev, operatorların dili ilə desək, işığın miqdarını “gözəyarı” çox dəqiq təyin edirdi. Operator assistentləri və işıqçılar buna valeh olurdular”.
Çəkiliş meydançasında aktyorlar da çətinliklərlə üzləşib.
Xatırladaq ki, “Böyük dayaq” filminin çəkilişləri Tovuz rayonunda lentə alınıb. Filmin növbəti çəkilişlərinin birində ortaya problem çıxır. Ələsgər Ələkbərov-Rüstəm kişi at minməli idi. Ancaq o, böyrəkləri xəstə olduğu üçün bunu edə bilmirdi. Xeyli götür-qoydan sonra filmin operatoru buna çıxış yolu tapır. Belə ki, operator çəkiliş meydançasına bir yük maşını gətizdirərək onun kuzovunun bir tərəfinə yəhər bağlayır və çəkilişi aparmağa başlayır. Necə deyərlər, Xan Babayev bir növ quraşdırma səhnə hazırlayır.
Aktyor seçimində yanlışlığa yol verməyi xoşlamayan Həbib İsmayılov Mirzə İbrahimovun “Böyük dayaq” romanına müraciət edərkən də çox düşünüb-daşınıb. Rejissoru daha çox narahat edən Qaraş obrazına kimi təsdiq edəcəyi fikri idi.
O vaxta qədər heç bir filmdə çəkilməyən Həsən Məmmədov deyirdi ki, “Böyük dayaq” filminə dəvət alarkən hələ tələbə partası arxasında əyləşirdi: “Əslində bu filmə dəvət alan aktyorların əksəriyyəti-Murad Yegizarov, Böyükağa Bağırov və başqaları hələ təhsillərini bitirməmişdilər. Demək olar ki, ssenaridə olan bütün obrazlara uyğun olan aktyorlar artıq təsdiq olunmuşdular. Yalnız Qaraş rolu rejissoru düşünməyə vadar edirdi...”.
Yay tətilini rayonda keçirməyi qərara alan tələbə Həsən, Qaraş rolundan birdəfəlik gözünü çəkir. Həsən müəllimin dediklərindən: “Mən rayona yola düşdükdən sonra filmin yaradıcıları, eyni zamanda isə Bədii Şura Qaraş roluna kimi təsdiq edəcəkləri ilə bağlı fikir mübadiləsi aparır və nəticədə də məni bu obraza təsdiq etmək haqqında qəti qərar qəbul edirlər. Qaraş roluna təsdiq olunmağımda əsas rolu isə filmin geyim üzrə rəssamı Bədurə Əfqanlı (Rza Əfqanlının həyat yoldaşı) oynayır”.
Filmin ssenari müəllifi Mirzə İbrahimov, rejissor Həbib İsmayılov, operator Xan Babayev, rəssam Məmməd Hüseynov, geyim üzrə rəssam Bədurə Əfqanlı, bəstəkar Fikrət Əmirov, səs rejissoru Əziz Şeyxovdur. Rollarda Ələsgər Ələkbərov (Rüstəm kişi), Həsən Məmmədov (Qaraş), Tamilla Rüstəmova (Maya), Zenfira Əliyeva (Ərşan), Leyla Rzayeva (Səkinə), Məmmədrza Şeyxzamanov (Şərəfoğlu), Ağa Məmmədov (RİK sədri Kələntər), Firudin Mehdiyev (Salman), İbrahim İsfahanlı (Yarməmməd), Qədirağa Əzimov (lal Hüseyn), Elmira Yedigarova (Naznaz), Nəsibə Zeynalova (Telli arvad) çəkiliblər.
Xədicə QİYAS
Aki.az-dan ixtisarlarla




- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub