Sirr deyil ki, çoxlarımız evdə hazırladığımız qarışımlar və türkəçarə üsullarla boğaz ağrısından xilas ola bilirik. Boğaz ağrısından xilas olmaq üçün 12 üsul təqdim edirik.
Soyuq havalı günlərdə yuxarı tənəffüs yolu infeksiyaları tez-tez qapını döyür. Bu, özü ilə bərabər boğaz ağrısını da gətirir. Boğaz ağrısının səbəb olduğu udqunma, yemək yemə və danışmaq çətinliyi gündəlik həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir edir.
Boğaz ağrısından qurtulmağın yolları:
1. Duz və karbonatla qarqara edin
Duz və karbonat (çay sodası) boğazı təmizləyir və mikroblardan xilas edir. Bir stəkan ilıq suyun içərisinə bir çay qaşığı duz və bir çay qaşığı karbonat əlavə edib qarışdırın. Bu qarışımı dişlərinizi fırçaladıqdan sonra qarqara etsəniz, həm ağzınızın içərisindəki mikrobları azalda, həm də boğazınızı yumşalda bilərsiniz. Suyu təkcə sadəcə ağzınızın içərisində çalxalamaqla kifayətlənməyin, həm də başınızı arxaya əyərək boğazınızı da qarqara edin. Bu halda qarışımı bütün boğaz hissəsi üçün tətbiq etmiş olarsınız. Qarqara edən zaman suyu udmamağa çalışın.
2. Bal, limon və zəncəfilin gücündən faydalanın
Evinizdəki ədviyyatlarla hazırlaya biləcəyiniz sadə bir qarışımla boğaz ağrısından xilas ola bilərsiniz. Balın boğazı yumşaltmaq, limonun antibakterial xüsusiyyəti ilə yanaşı C vitaminindən və toz zəncəfilin bəlğəm gətirici xüsusiyyətindən faydalana bilərsiniz. Bir neçə qaşıq balla yarım limonun suyu, bir çay qaşığı toz zəncəfili qarışdırın və üzərində az miqdarda ilıq su əlavə edin. Əldə etdiyiniz qarışım boğaz ağrısı üçün təsirli bir vasitə olacaq.
3. Nanə cövhərli buxar vannası edin
Burun tutulması və gecələr ağzı açıq yatmaq ağzın qurumasına səbəb olur. Bu isə ağıza çoxlu sayda mikrobun daxil olub yerləşməsinə imkan yaradır. Yatmazdan əvvəl qəbul edəcəyiniz isti bir duş həm sizi rahatlandıracaq, həm də burun tutulmasının qarşısını alaraq, hava yollarınızın açılmasına səbəb olacaq. Nanə cövhərli bir buxar vannası da burun tıxanıqlığının aradan qaldırılmasına səbəb olur. Bundan başqa, qarqara etmək üçün istifadə etdiyiniz duzlu-karbonatlı qarışımı burnunuzu təmizləmək üçün də istifadə edə bilərsiniz.
4. Cökə və adaçayı için
Boğazdakı qıcığı aradan qaldırma xüsusiyyəti ilə tanınan cökə və adaçayı boğaz ağrısı yaşadığınız müddətdə çox təsirli ola bilər. Bundan başqa, bu bitkilər immunitet sistemini gücləndirərək, bədəninizin infeksiyalara qarşı müqavimətini artırır. Buna görə də hazırlayacağınız bitki çayı boğaz ağrınızın qarşısını almaq üçün təsirli vasitədir.
5. Bol su için
Bol su içmək boğaz, dolayısı ilə hava yollarının nəmli qalmasını təmin edir. Bu da ağzın qurumasının qarşısını alır, boğazdakı qıcıqlandırmanı azaldır. Gündə ən azı 1,5-2 litr su içməyə cəhd edin. Suyu ilıq olaraq, yəni otaq temperaturunda için. Çünki soyuducudan götürüb içdiyiniz su boğaz qıcıqlandırmasını artıra bilər.
6. Qidaları ilıq yeyin
Həddən artıq isti və ya soyuq içkilər boğazınızdakı qıcıqlanmanı artıra bilər. Buna görə də mütləq qida və içkilərinizi ilıq formada qəbul edin. Boğazınızın həddən artıq ağrılı, şiş və iltihablı olduğu vaxtlarda yumşaq xüsusiyyətli plov və ya püre formasında yeməklər yeyin. Bu cür yeməklər çeynəməniz və udmağınız üçün daha asan olacaq.
7. Siqaret və siqaret tüstüsündən uzaq olun
Siqaret çəkmək nəfəs yollarını həm qıcıqlandırır, həm də xarici təsirlərə qarşı müdafiəni azaldır. Sadəcə siqaret çəkmək də hər hansı infeksiya olmasa belə, boğazda ağrı, qıcıqlanma və öskürəyə səbəb ola bilər. Siqaretdən başqa, başda qəlyan olmaqla tüstülü vasitələrdən istifadə və hətta bu vasitələrin tüstüsü olduğu yerdə durmaq boğazınızı qıcıqlandıra, boğaz ağrısının sağalmasını gecikdirə bilər. Buna görə də siqaret çəkməyin və siqaret tüstüsündən uzaq durmağa çalışın.
8. Qızdırıcı üzərinə içi su dolu qablar qoyun
Soyuq qış aylarında evlərin isinməsi səbəbindən mühitdəki nəmlik azalır və udulan quru hava boğazdakı qıcıqlanmaya səbəb olur. Bunun qarşısını almaq üçün evinizdə mağazadan aldığınız buxar avadanlıqlarından istifadə edə bilərsiniz. Bundan başqa daha bir çıxış yolu var: evinizdəki qızdırıcının üzərində içi su ilə dolu qab və ya qablar qoyun. Bu yollardan istifadə etməklə siz mühitin nəmli havasını təmin edə bilərsiniz.
9. Ucadan danışmayın
Ucadan danışmaq və qışqırmaq boğazda qıcıqlanmaya, səs tellərinin zədələnməsinə səbəb olaraq səsin batmasına gətirib çıxara bilər. Buna görə də xüsusən də soyuq havalı günlərdə səsinizdən istifadə edən zaman daha diqqətli olmağınız məsləhətdir.
10. Yeməklərinizə diqqət edin
Boğaz ağrısının arxasında yatan və xüsusən də gözdən qaçan səbəblərdən bir də reflüks xəstəliyidir. Reflüksün qarşısını almaq üçün yatmadan 3 saat əvvəl yemək-içmək olmaz, xüsusən də tərkibində turşu olan qidalar və içkilər qadağandır. Bundan başqa, yatan zaman çalışın ki, yastığınız hündür olsun.
11. Kor-koranə dərmandan istifadə etməyin
Demək olar ki, hər kəsin evində dərman qutusu var və həmin qutuda çox zaman istifadə etmədiyiniz dərmanlar qalır. Boğazınız ağrıdığı zaman, özünüzü narahat hiss etdikdə həmin qutuya üz tutaraq əlinizə keçən dərmanı ata bilərsiniz. Lakin sadə görünən bitki dərmanının tərkibində belə, şəkər ola bilər və bunun diabeti olan insana zərər verə biləcəyini unutmayın. Xüsusən də antibiotik kimi dərmanları həkimlə məsləhətləşmədən qəbul etməyin. Ən əsası isə dərmanları əlinizə alanda mütləq son istifadə tarixinə diqqət edin.
12. Həkimə müraciət edin
Yüksək hərarət, halsızlıq və bütün bədənə yayılan ağrı, şiddətli öskürək, sarı-yaşıl rəngli bəlğəm tüpürürsünüzsə və boğaz ağrınız 1 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət edin.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub