XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Azərbaycan baletinin əfsanələri Çimnaz Babayeva və Vladimir Pletnyov haqqında film nümayiş etdirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2022 00:06

Bakıdakı Rus Evində Azərbaycan baletinin əfsanələri, ailə cütlüyü Çimnaz Babayeva və Vladimir Pletnyovun həyat və yaradıcılığına həsr edilmiş “Əbədi duet” adlı sənədli-bioqrafik filmin ilk nümayişi olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rus Evinin rəhbəri İrek Zinnurov gənc nəslin milli balet tarixini öyrənməsinə bu dəyərli töhfəyə görə təşəkkürünü bildirib. Filmin ideya müəllifi Çimnaz Babayevanın şagirdlərindən biri – balet artisti Samir Səmədovdur. Samir Səmədov öz filmində nadir arxiv materiallarından istifadə edib. Azərbaycan tamaşaçısı bu materiallarla ilk dəfə tanış olur.

Film Azərbaycan və ingilis dillərində dublyaj edilib.

 

Baxış sayı: 291