Yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik olan Fuad Bağır oğlu Seyidzadə 16 iyun 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası Bağır Seyidzadə Azərbaycan SSR-in Kinematoqrafiya naziri, Mədəniyyət nazirinin müavini olub, uzun müddət müxtəlif mətbuat orqanlarında işləyib. Diplomat kimi də fəaliyyət göstərən Seyidzadə işi ilə əlaqədar bir müddət Təbrizdə konsul olub.
Fuad da məktəbə ilk dəfə Təbriz şəhərində gedib. Sonra Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Erkən çağlardan sənətə maraq göstərir. Çəkdiyi rəsmləri Xalq rəssamı Mikayıl Abdullayev də bəyənir. O, sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və birbaşa ikinci kursa qəbul edilir. Sonra təhsilini Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsində davam etdirən gənc rəssam 1956-cı ildən Moskva Memarlıq İnstitutunda oxuyur.
Onu da qeyd edək ki, Fuad Seyidzadə orta məktəbdə oxuyarkən paralel olaraq musiqi təhsili də alır. Onun istedadı maestro Niyazinin də diqqətini çəkir. O, Bağır Seyidzadəyə Fuadın dirijor sənətinə yiyələnməsini tövsiyə edir. Ancaq o, rəsm sənətini davam etdirmək haqqında düşünür.
Əməkdar memar Rasim Əliyev F.Seyidzadə haqqında xatirəsində yazır: “Biz uşaqlıqdan bir-birimizi tanıyırdıq. Atalarımız dostluq edirdilər. Ailəvi yaxınlığımıza görə tez-tez görüşərdik. O, mütaliəni çox sevirdi. Xüsusilə də xarici ədəbiyyatı. Həmişə yeniliyə can atırdı. Onun maraqlı işləri müsabiqələrdə rəğbətlə qarşılanırdı. O, standart memarlığı qəbul etmirdi. Ənənələrin, milliliyin tərəfdarı idi. Çalışırdı ki, layihələrində müasirliklə milliliyi məharətlə qovuşduraraq daha gözəl və canlısını yaratsın. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində mehmanxana və restoranlar Fuad Seyidzadənin layihələri əsasında tikilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev tez-tez bizə gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlıları çox sevirdi. Fuad Seyidzadəyə də diqqət və qayğı göstərirdi”.
Araşdırmalardan məlum olur ki, ötən əsrin 60-cı illərində sənətin bir çox sahələrində müasirləşmə və yeniliyə meyllər baş qaldırır. Bu, memarlıq sahəsində də duyulurdu. Həmin dövrə qədər yaşayış binaları əsasən eynitipli layihələr üzrə tikilirdi. Bu standartdan kənara çıxmaq memarlar üçün asan deyildi. Bakıda mikrorayonların layihələndirilməsini hazırlayan ilk memarlardan biri F.Seyidzadə olub.
Əməkdar jurnalist Flora Xəlilzadə F.Seyidzadə haqqında yazısında qeyd edir ki, o dövrdə ayrı-ayrı rayonlarda tikilən qonaq evlərinin layihəsi də memar tərəfindən qeyri-ənənəvi üslubda hazırlanıb. Sevastopolda “Sapun dağı” adlı abidə kompleksi (II Dünya müharibəsində həlak olan azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidə) heykəltəraş Ömər Eldarovla Fuad Seyidzadə tərəfindən hazırlanıb. O daha sonra heykəltəraş Tokay Məmmədovla birgə Sankt-Peterburqda tikilən “Bakı” restoranının layihəsini də hazırlayıb.
Təəssüf ki, vaxtsız ölüm gənc memarın yaradıcılıq ideyalarını davam etdirməyə imkan verməyib. Fuad Seyidzadə 14 avqust 1972-ci ildə, 34 yaşında vəfat edib.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub