Azərbaycan kinosunda bu gün də adı hörmətlə çəkilən görkəmli sənətkarlardan biri də Əlisəttar Atakişiyev (1906-1990) olub. O, “Azərbaycanfilm”də 20 ekran əsərində operator, rəssam, ssenarist və rejissor kimi çalışıb. “İbrahimin sərgüzəşti” və “Bəxtiyar” (1970) nağıl-povestlərini yazıb. Əlisəttar Atakişiyev çoxşaxəli yaradıcılığına məhdudiyyət qoymadan dram, komediya, fantastik, detektiv janrlı filmlər çəkməklə ampluasız rejissor olduğunu, eyni zamanda uşaq dünyasına biganə qalmadığını sübut edib.
Əlisəttar Ələsgər oğlu Atakişiyev 1906-cı il dekabrın 25-də Bakıda anadan olub. 1927-1930-cu illərdə Moskva Ali Rəssamlıq Texniki Məktəbinin rəngkarlıq, 1930-1936-cı illərdə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb. Əvvəlcə (1935-1941) “Mosfilm” kinostudiyasında quruluşçu rəssam-operator kimi çalışıb, sonra isə “Bakı” kinostudiyasında (1941-1945) bir neçə bədii filmin quruluşçu operatoru (“Bir ailə”, 1943, T.Lebeşev və Ə. İsmayılovla birgə; “Arşın mal alan”, 1945, M.Dadaşovla birgə) olub. 1945-ci ildə yenidən “Mosfilm”ə qayıdaraq orada operator kimi çalışıb. Orada rəngli filmlər üzrə kinooperator kimi ixtisaslaşan Ə.Atakişiyev 1953-cü ildə “Tallinfilm” (1953-1955) kinostudiyasına dəvət alır. Estoniyanın ilk rəngli (“Axşam düşəndə”, 1955, film-konsert ) filmini çəkir. 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasına qayıtdıqdan sonra 1974-cü ilədək rejissor kimi bir sıra filmlərə maraqlı quruluş verib.
Əlisəttar Atakişiyevin müxtəlif illərdə fərqli kinostudiyalarda işləməsi səbəbsiz deyildi. Həmin vaxtlar “Azərfilm” (1935-1938) adlanan “Azərbaycanfilm” kinostudiyasında çalışan əcnəbi rejissorlar gənc operatorun sərbəst fəaliyyətinə mane olublar. Buna görə də o, bilik və bacarığını digər kinostudiyalarda təsdiqləməklə yanaşı, ara-sıra aldığı dəvətlərlə milli kinomuzda da layiqli sənət nümunələri yaradıb. Onun uşaqlar üçün lentə aldığı “Bir qalanın sirri” (1959), “Sehrli xalat” (1964), “Qərib cinlər diyarında” (1977) kinomuzun ən dəyərli nümunələrindəndir. Rejissorun hər ekran əsəri geniş tamaşaçı auditoriyası qazanıb.
“Sehrli xalat” filminə bir il ərzində 10 milyon tamaşaçı baxıb. Film bu gün də balacaların sevimli ekran əsəridir. Rəssam, operatorluq təcrübəsindən kinonun bütün incəliklərini yaxşı bilən Əlisəttar Atakişiyev çəkdiyi uşaq filmlərində yalnız pirotexnik üsullarla azyaşlıların gözünü qamaşdırmayıb. Eyni zamanda o, ekran əsərinin məzmunlu dramaturgiyasına diqqət yetirib. Xalqını, millətini sevən rejissor çəkdiyi filmlərdə müasir həyatla folklor motivlərinin sintezini yaradır, vətənpərvərlik, böyüyə hörmət, kiçiklərə sevgi, zəhmətsevərlik kimi müsbət xüsusiyyətləri təbliğ edib.
Bəllidir ki, əfsanəvi-fantastik mövzulu filmlərdə quraşdırma səhnələr çoxluq təşkil edir. 1964-cü ildə çəkilən “Sehrli xalat” filminin Ay səthini əks etdirən kadrları SSRİ məkanının rejissorlarını təəccübləndirib. Buna görə də onlar sonralar çəkdikləri fantastik-nağıl filmlərində həmin mizan quruluşlarından istifadə ediblər. “Belarusfilm” kinostudiyasında hazırlanmış dekorasiyanın (rəssamlar M.Hüseynov, C.Əzimov) ümumi sahəsi 1200 kv/m idi. “Bir qalanın sirri” filminin də fantastik (Elşənin nəhəng hörümçəklə vuruşması, Mətanətin əcinnələr içərisində olması və s.) məqamlarını əks etdirən kadrlar da “Belarusfilm” kinostudiyasında çəkilib.
“Azərbaycanfilm” kinostudiyasında olan lazımi texniki imkanlar da görkəmli rejissora bu filmləri çəkməkdə təkan verib. “Bir qalanın sirri” və “Sehrli xalat” nağıl-filmləri məhz bu sexin qüvvəsi hesabına çəkilib. Həmkarlarının və filmlərində çəkilən aktyorların dediyinə görə, Əlisəttar müəllim çox vaxt filmlərə lazım olan rekvizitləri, nağıl qəhrəmanlarının bəzək (“Qərib cinlər diyarında” filmindəki cinlərin dırnaq və buynuzları, muncuqlar və s.) əşyalarını özü hazırlayıb.
Görkəmli kinorejissor müxtəlif illərdə fərqli kinostudiyalarda çalışsa da, “Azərbaycanfilm” kinostudiyasında qısa fasilələrlə fərqli və məhsuldar əmək (1939-1974) nümayiş etdirib. Peşəkar operatorun çəkdiyi filmlərdəki fon qüsursuzluğu ümumi və geniş planlı çəkilişlərdə belə diqqətdən yayınmır. Onun operator kimi quruluş verdiyi, milli kinomuzun şah əsərlərindən olan “Arşın mal alan” (1945) və “O olmasın, bu olsun” (1956) filmlərinin müxtəlif rakurslu, panoramlı çəkilişləri sənətkarın kütləvi səhnələrlə işləmək bacarığını bir daha təsdiqləyib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası məhz belə kinematoqrafçılarımızın səyi nəticəsində dünyada sevilib. 1945-ci ildə çəkilən (rejissor Rza Təhmasib) “Arşın mal alan” filminə təkcə bir il ərzində 16 milyon tamaşaçı baxıb. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində film xarici ölkə istehsalı olan “100 sevimli film” arasından seçilərək məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilib.
Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətləri olan Əlisəttar müəllimin potensialı dublyaj sənətinin inkişafına da təkan verib. O, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj edib.
Həmkarları onu şux qamətli, həmişə səliqəli geyinən bir insan kimi xatırlayırlar. Səliqə-sahmanına görə Əlisəttar müəllim həmişə seçilib. Əlisəttar Atakişiyev “Arşın mal alan” filminə dəvət alanda həmişəlik vətənə qayıtmaq məqsədi ilə həyat yoldaşı Yelizaveta Vladimirovna ilə birlikdə Bakıya köçür. Lakin bir müddət keçdikdən sonra Moskvadan, işlədiyi teatrdan uzaqlaşa bilmədiyini söyləyən xanımı ondan ayrılaraq Moskvaya dönür.
Onun “qızıl fond”a daxil olan filmləri peşəkar ekran kompozisiyası ilə seçilir. Filmi sevdirən əsas amillərdən biri də operator işinin (işıq sisteminin qoyulması, rejissor ideyalarını əks etdirmək, məkan və mizanın düzgün seçilməsi) dəqiq ölçülərlə qurulmasıdır. Əlisəttar Atakişiyev özünü kinoda təkcə operator və rejissor kimi yox, həm də dekorasiya, quraşdırma çəkilişləri rəssamı, ssenarist kimi də təsdiqləyib. “O olmasın, bu olsun” (operator və geyim üzrə rəssam) filmindəki bazar səhnəsi, Rüstəm bəyin evindəki qonaqlıq kadrları, yaxın keçmişə dair qurulmuş dekorasiyaların, binaların interyer və eksteryerlərini hansı aspektdən əks etdirmək bacarığı, hadisələrin məzmununu açan kadr dəyişikliyi operator işində rejissor ideyalarının təsdiqi deməkdir.
Görkəmli sənətkar operator kimi işlədiyi “Uzaq sahillərdə” (1958), “Fətəli xan” (1947), rejissor kimi quruluş verdiyi “Bizim küçə” (1961), “İstintaq davam edir” (1966) və s. dəyərli ekran əsərləri milli kinomuzu keçmiş sovetlər məkanında və xarici ölkələrdə layiqincə təmsil edib. Əlisəttar Atakişiyev 1960-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” adını alıb. O, 1990-cı il noyabrın 7-də Moskvada (Kino Veteranları evində) vəfat edib. Unudulmaz kino bilicisi ömrü boyu çətin və məsuliyyətli sənətinin fövqündə sədaqətlə durdu, sənətin aliliyinə xidmət edib. Sənəti isə onu dönə-dönə bizə xatırladır, yaddaşlarda yaşadır.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 10.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub