XƏBƏRLƏR
MƏLUMAT
“Ana” tamaşası yenidən Şuşa Teatrının səhnəsində
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 14:15

Yanvarın 18-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Hüseyn Cavidin “Ana” mənzum dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədovdur.

Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakter baxımından yaddaşlarda dərin iz buraxır.

Baxış sayı: 50