XƏBƏRLƏR
MƏLUMAT
Alman bəstəkar, pianoçu və dirijor Feliks Mendelson
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2021 02:22

Mendelson Feliks Bartoldi (03.02.1809-04.11.1847) XIX əsrin I yarısında alman musiqi romantizminin görkəmli nümayəndələrindən biridir. Musiqi tarixinə bəstəkar, dirijor, pianoçu, musiqi maarifçisi kimi daxil olub. Məhz onun təşəbbüsü ilə Almaniyada Konservatoriya açılıb. Bu açılışın şərəfinə İ.S.Baxın vəfatının 100 illiyi ilə əlaqədar Matfeyə həsr olunmuş Pasionu ifa olunub.

Bəstəkarın yaradıcılıq irsində Simfoniyalar (5 simfoniya – Şotland a-moll, İtayan A-dur simfoniyaları), fortepiano üçün 48 Sözsüz mahnılar (8 dəftərdən ibarət 48 mahnı), Fortepiano və orkestr üçün Konsert (2 Konsert), fuqa və prelüdiya (6 fuqa və prelyudiya), skripka və orkestr üçün Konsert (məşhur e-moll Konserti),Uvertyura (6 uvertyura – “Yay gecəsində yuxu”, “Dəniz sakitliyi”, “Qibridlər”, “Gözəl Meluzina”, “Rui-Blaz”, “Ataliya”), Rondo kapriççioza, Oratoriya (2 oratoriya - “Pavel” və “İlya”) əsərləri daxildir. F.B.Mendelson romantik lirik tərzli bəstəkardır. Onun musiqisi işıqlı həyatısevər obrazlarla xarakterizə edilir. Hətta Mendelsonu XIX əsrin Mosartı adlandırırlar.

Baxış sayı: 639