XƏBƏRLƏR
MƏLUMAT
“Yüz ilin tənhalığı” romanı haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2021 07:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Gülarə Qəniyeva  Kollumbiyalı yazıçı Qabriel Qarsiya Markesin 1967-ci ildə nəşr olunmuş “Yüz ilin tənhalığı” romanı haqqında videoçarx hazırlayıb.

Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib. Roman ədəbiyyatın ən yüksək nailiyyətlərindən biri olaraq göstərilib. Romanı oxumayan oxucular videoçarxa baxaraq əsərin mövzusu ilə yaxından tanış ola bilərlər.

Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz: 

https://www.facebook.com/100007549111926/videos/2784643551797255/

https://www.instagram.com/tv/CPdFUtzB-DA/?utm_source=ig_web_copy_link

Baxış sayı: 182