XƏBƏRLƏR
MƏLUMAT
Yerkökünün faydaları
ÜMÜMİ XƏBƏRLƏR
07/07/2021 08:20

Yerkökü ən faydalı tərəvəzlərdən biri sayılır. Yerkökü beta-karotinin miqdarına görə tərəvəzlər arasında birinci yerlərdən birini tutur.

Beta-karotindən insan orqanizmində A vitamini sintez olunur. Bu vitamin orqanizmin bir çox orqan və sistemlərinin normal fəaliyyətində böyük rol oynayır. Belə hesab olunur ki, 2 orta ölçüdə yerkökü orqanizmi A vitaminin gündəlik norması ilə təmin edir. A vitaminin daha yaxşı mənimsənilməsi üçün yerkökünü bitki yağı ilə (məsələn, salatların tərkibində) qəbul etmək lazımdır.

Məhz A vitaminin çox olmasına görə yerkökü görmə üçün olduqca xeyirlidir. Bu vitaminin çatışmazlığı toyuq korluğu və digər göz xəstəliklərin inkişafına təkan verə bilər.

Elmdə sübut olunub ki, beta-karotin onkoloji xəstəliklərin inkişafının qarşısını alır. Bu səbəbdən beta-karotinlə zəngin olan yerkökünün daim qəbulu xərçəng xəstəliklərinin effektli profilaktikası sayıla bilər.

Yerkökü həmçinin ürək-damar sistemi üçün də xeyirlidir. Yerkökü kalium elementi ilə zəngindir. Bu element isə ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Yerkökü antioksidant xüsusiyyətlərinə malikdir-orqanizmi cavanlaşdırır, qocalma və dağılma proseslərin qarşısını alır.

Yerkökü immun sisteminə də müsbət təsir edir, orqanizmin viruslara qarşı olan davamlılığını artırır.

Parlaq narıncı rəngində olan yerkökü xeyirli sayılır.

Nəzərinizə çatdıraq ki, yerkökü allergiyaya səbəb ola bilər və bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı onun qəbulu tövsiyə edilmir.

Baxış sayı: 380