XƏBƏRLƏR
MƏLUMAT
Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2026 15:48

Bəstəkar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R.Bebudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib.

Beynəlxalq Muğam Mərkəzində baş tutan konsertdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert Xəzər Universitetinin Kamera Orkestrinin müşayiəti ilə keçirilib. Orekstrin bədii rəhbəri Əməkdar müəllim Zülfiyyə Sadıxova, dirijoru Hüseyn Kərimovdur.

Konsertdə  maraqlı əsərlərdən ibarət gözəl ifalar təqdim  olunub. Əməkdar artistlər Fəridə Məmmədova və İlham Nəzərovun səsləndirdikləri “İkimizdən birimiz” duet romansı, Səxavət Məmmədov tar və orkestr üçün “Fantaziya”, Rağyar Səfərov klarnet və orkestr üçün “Hədəfə doğru” əsərləri isə izləyicilərdə xüsusi xoş təəssürat yaradıb.

Baxış sayı: 23