XƏBƏRLƏR
MƏLUMAT
8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2026 20:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Azərbaycan qadınlarını bayram münasibətilə təbrik ediblər və dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin yüksək qiymətləndirildiyini vurğulayıblar. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqın Bakı şəhər komitəsində görülən işlər, həyata keçirilən layihələr və tətbiq olunan yeniliklər barədə video-təqdimat nümayiș etdirilib.

Bədii hissədə gender bərabərliyi mövzusunda tamaşa nümayiş olunub, bir-birindən maraqlı rəqslər, musiqi nömrələri təqdim olunub.

Baxış sayı: 37