XƏBƏRLƏR
MƏLUMAT
Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2026 19:46

Martın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində şair, bəstəkar Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib.

Görüşdə  mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Aparıcı görüşü açıq elan edərək, bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı  xidmətlərindən bəhs edib. Bildiribki, Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayıb.  Həm şair, həm bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı və qalibi olmuşdur.

Görüş ərzində tamaşaçı sualları cavablandırılıb, tanınmış müğənnilər bəstələdiyi mahnıları ifa ediblər.

Baxış sayı: 33