XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Seyid Hüseynin həyat və yaradıcılığı haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
31/01/2022 02:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Mirxanımnənə Talıbova yazıçı, tәnqidçi, pedaqoq Seyid Hüseyn Sadiqinin həyat və yaradıcılığı haqqında videoçarx hazırlayıb.

Videoçarxdayazıçı haqqında ətraflı məlumatverilib. Bildirilibki, S. Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olub.

O, ədəbi yaradıcılığa 1907-ci ildə qəzet və jurnallarda məqalə və felyetonları ilə çıxış etməklə başlayıb. Mətbuatda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn Sadıqzadə”, “Mühərrir” və b. Imzalarla fəaliyyət göstərib. Onun “Gələcək həyat yollarında”, “Şirinnaz, “İki həyat arasında”, “Yatmış kəndin qış gecələrində”, “Gilan qızı, “Daxili işlər naziri”, “Xeyir-bərəkət ayı”, “Kor kişinin arvadı” və s. hekayələri, “Altun”, “Yalan”, “Gözəllik nədir?” və s. məqalələri oxucuların diqqətini cəlb edir.

Müxtəlif illərdə bir çox kitabları nəşr edilib: “Ağ valideyn, yaxud zavallı Məşədi Zaman”, “Qacaq oğul, yaxud ata məhəbbəti”, “Yeni həyat yollarında” və s. O, 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub, milli ədəbiyyatımızın zənginləşməsi üçün səy göstərib. Ancaq bir çox Azərbaycan ədəbiyyatının görkəmli xadimləri kimi repressiya dalğası ondan və ailəsindən də yan keçməyib. 1936-cı ildə Seyid Hüseyn Sadiqi Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb, əsərləri kəskin tənqid olunaraq, onlara siyasi rəng verilib, adına “xalq düşməni” damğasını vurublar.

Yazıçı 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs olunub, ən ağır cəzaya - güllələnməyə məhkum edilib. Uzun sürən əzablı işgəncələrdən sonra, 1938-ci ilin əvvəllərində rejimin çıxardığı hökm yerinə yetirilib.

Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:

https://www.instagram.com/tv/CZI9olUL7kh/?utm_source=ig_web_copy_link

Baxış sayı: 398