Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 7 nömrəli filialı Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan “Səbayıl qalası” haqqında məlumat təqdim edir.
Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər” , "Bayıl daşları”, "Səbayıl qalası”, "Karvansara”, "Xanəgah”, "Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox "Bayıl qəsri” adı ilə tanınır.
Tikinti aralarında olan məsəfə - (16 metrdən 38 metrə qədər) yarımdairəvi qüllələr vasitəsilə divarla birləşdirilib. Divarın qalınlığı 1,2 metrdən 1,5 metrə qədərdir. Abidənin 15 qülləsi vardır. Bunlardan yalnız şimal-qərb tindəki və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan 12 qüllənin hamısı yarımdairə şəklindədir. Qəsrə iki tərəfdən daxil olmaq olardı: cənub və şimal-qərb səmtdən. Səkkizinci və doqquzuncu qüllələri birləşdirən cənub divarında və həmçinin ondördüncü və onbeşinci qüllələri birləşdirən şimal-qərb divarında da qapılar vardır. Ensiz qurulmuş qapılar onu göstərir ki, qəsrə ancaq piyada şəkildə daxil olmaq mümkün idi. Qüllələrin bəzilərində yuxarıya çıxmaq üçün daş pilləkənlər olub. Tikintinin cənub içəri hissəsində bir neçə binanın özül hissələri aşkar edilib. Otaqların döşəmələrində qala divarından xaricə çıxan su axarları tapılıb. Qəsr əhəngdaşından tikilib.
İlk dəfə bu yazılı daşlardan bir neçəsini 1861-ci ildə Xəzər dənizində tədqiqat işləri aparan xüsusi dəniz ekspedisiyasının rəisi A.İvaşintsev suyun altından çıxarıb. Sonrakı illərdə daha bir neçə belə rəsm və yazılı daş laylar tapılır. 1939-1969-cu illər ərzində suyun altında 700-ə qədər belə daşlar tapılır və sudan çıxarılır. Hal-hazırda Şirvanşahlar sarayının həyətində nümayiş etdirilən daşlar, məhz həmin daşlardır. Yazılar fars-ərəb dilli yazılardır. Yazılardan başqa, bəzi daş layların üzərində mifi canlı heyvan, hətta insan surətləri də tapılıb. Bütün bu rəsmlər olduqca ustalıqla işlənilib. Ustaların böyük bədii-estetik zövqündən və bədii daşyonma sənətinin kamilliyindən xəbər verir. Xüsusilə böyük ustalıqla iki cavan qadının portretləri işlənib. Portretlərə diqqətlə baxdıqda müəyyən olunur ki, bunlar ümumiləşdirilmiş qadın obrazları yox, real şəxslərin surətləridir... Suyun altından çıxarılmış lövhələrin hamısının keyfiyyəti eyni dərəcədə deyildir: bunlara su və zaman özünün mənfi təsirini göstərmişdir. Daşların bir çox hissəsi əsrlər boyu ləpənin təsirindən əsaslı surətdə ziyan çəkmiş, üzərilərindəki yazı və təsvirlər pozulub.
1939-cu ildə tikinti ilk dəfə tədqiq olunarkən, yarım bürclərin birində Şirvanşah III Fəribürzun adı həkk olunmuş mis pul dəyəri tapılmışdı. Oxunmuş daşların üzərindəki yazılar IX-XIV əsr Şirvan və Şirvanşahların tarixini, o dövrün görkəmli şəxsiyyətlərini abidənin inşasında iştirak etmiş Zeynəddin bin Əbu-Rəşid, Əbu-Rəşid bin Zeynəddin kimi sənətkarlar sülaləsi və b. haqqında məlumatlar verir.
Yazılar, eyni zamanda, abidənin tikilmə tarixini də dəqiqləşdirir. Müəyyən edilib ki, bina-qəsr Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Güştasb Gərşəsbin oğlu III Fəribürzun dövründə (1225-1243) tikilmişdir. Frizli yazıların içərisində qəsrin memarı Əbdül-Məcid Məsud oğlunun adı bərpa edilə bilən yazı fraqmenti tapılmışdır. Bu memar eyni vaxtda Mərdəkan dəyirmi qalasını da tikmişdir. Başqa daşlardan “Əzəmətli dəniz mülkü”, “Şirvan”, “Gilan”, “Fərruxzad bin Mənuçöhr” , “Xosrov şahi”, “Bakıdan Mahmud”, “Camaat”, “Seyid əl-Məruf” və başqa sözlər oxunub. Bunlardan başqa: “Zeyn Əd-Din bin Əbu-Rəşid Əl-Nəqqaş” və “Ustad Zeyn-Əd-Din bin Əbu-Rəşid Şirvaninin işi” yazılmış sözlər oxunub. Bayıl daşları Azərbaycan xalqının keçmişini, mədəniyyətini, incəsənətini öyrənmək üçün dəyərli bir mənbədir. Bayıl daşları üzərində tədqiqat işləri indi də davam etməkdədir.
Bu tarixi abidənin qalıqları “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.


.jpg)
.jpg)
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib