XƏBƏRLƏR
MƏLUMAT
"Xeyirxah Əli" adlı nağıldan ibarət videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
23/02/2022 01:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabuncu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının fəal oxucusu Münəvvər Rüstəmova balaca dostlarına "Xeyirxah Əli" adlı nağıldan ibarət videoçarx hazırlayıb.

Nağılın əsas ideyası Əlinin də ailə vəziyyətinin çətin olmasına baxmadan heç kəs bilmədən sinif yoldaşına köməklik göstərməsindən ibarətdir. Əlinin ağıllı fikirləri müəllimi heyran qoyur. Onuda qeyd edək ki, müəllimi Əlini fikrindən daşındırmaq istəsə də Əli fikrindən dönmür, deyir mən indi  yoldaşıma kömək etməsəm mən zəngin olsamda da heç kimə kömək edə bilmərəm.

Adından göründüyü kimi ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir.

Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar.

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CaS0emBj4U2/?utm_medium=copy_link

https://facebook.com/story.php?story_fbid=462583478794589&id=100051288229979

Baxış sayı: 423