XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon MKS “Bilik günü” münasibətilə 257 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2019 08:24

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  əməkdaşları “Bilik günü” münasibətilə Xətai rayon 257 saylı tam orta məktəbdə keçirilən tədbirdə iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə ictimaiyyət nümayəndələri, məktəbin ötən tədris ilində yüksək nəticə göstərən məzunları və qəbul imtahanında fərqlənən məzunlar, məktəbin adını daşıdığı şəhid Ədalət Abbasovun ailə üzvləri, Aprel döyüşlərində qəhrəmancasına şəhid olan zabit Rusif Ağayevin həyat yoldaşı və onun döyüş yoldaşları, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Səkinə Ağalarova, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri dəvət olunub.

Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Qarat Qaratov məktəbin şagird və pedaqoji kollektivini bu gün münasibətilə təbrik edib, hər birinə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edib.

Daha sonra tədbiri birincilərin şeir çələngi davam etdirib.

“Bilik günü” yüksək coşğu ilə qeyd olunub.

Baxış sayı: 77976