XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2025 10:15

Mehdi Məmmədov Teatr Texnikumunda, Moskvada Teatr Sənəti İnstitutunda təhsil alıb. Akademik Milli Dram Teatrında, Opera və Balet Teatrında, S.Vurğun adına Rus Dram Teatrında çalışıb. M.Əliyev adına İncəsənət İnstitutunda, Azərbaycan Dövlət Universitetində dərs deyib. Rejissor “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı”, “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, “Leyli və Məcnun”, “Həyatın dibində” və s. tamaşaları səhnələşdirib. Ümumilikdə 60 səhnə əsərinə quruluş verib. Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu ən yaxşı kitablardan, “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardan hesab olunur.

Xalq artisti Mehdi Məmmədov 1985-ci ildə vəfat edib.

 

Baxış sayı: 26