XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2025 11:19

Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur.

Aqşin Əlizadə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Hələ tələbə ikən yazdığı sonata və simfoniya “Zaqafqaziya Baharı” festivalında birinci dərəcəli diploma layiq görülüb. Azərbaycanda çəkilən 42 bədii, sənədli və cizgi filminin musiqisi Aqşin Əlizadənin adı ilə bağlıdır: “Ötən ilin son gecəsi”, “Sizi dünyalar qədər sevirdim”, “Tütək səsi”, “Təkcə adanı özünlə apara bilməzsən” və s. filmlərin uğur qazanmasında onun musiqisinin böyük rolu olub. “Babək”, “Natəvan” baletləri, “5-ci simfoniya”, “Xor üçün bayatı”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd süitası”, “Qədim oyunlar”, “Dastan” kimi musiqi əsərləri bəstəkara respublikamızdan xaricdə də populyarlıq qazandırıb.

Aqşin Əlizadə 2014-cü ildə vəfat edib.

Baxış sayı: 32