XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2025 15:18

Paytaxt Astanada Qazaxıstanın bütün bölgələrindən muzey, teatr, kitabxana, mədəniyyət və istirahət təşkilatlarının 700-ə yaxın əməkdaşının iştirak etdiyi Mədəniyyət İşçiləri Forumu davam edir.

AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, muzey eksponatlarının konservasiyası və bərpası məsələlərinə həsr olunmuş panel iclasında alimlər, tarixçilər və arxeoloqlar iştirak ediblər. Çıxış edənlər Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərdir.

Paralel olaraq, kitabxana-informasiya sahəsində AI texnologiyalarının tətbiqi, sənədlərin elektron formata çevrilməsi və arxiv yığımı proseslərinin avtomatlaşdırılması ilə bağlı seminarlar keçirilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Baxış sayı: 26