XƏBƏRLƏR
MƏLUMAT
Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2025 12:09

Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 20-də bu ölkənin Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.

Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Düşənbədəki səfiri Əlimirzamin Əskərov, eləcə də Türkiyə, Pakistan, Türkmənistan və digər ölkələrin səfirləri, mədənyyət və ictimai xadimlər iştirak ediblər.

Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbrohimzoda muzey haqqında məlumat verib, Azərbaycanın mədəni irsi ilə bağlı sərginin rəhbəri olduğu muzeydə keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin konsepsiyası haqqında söz açıb.

Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib, qonaqlar ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 33