XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığı işıqlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
21/09/2020 02:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş "Zəlimxan Yaqub-70" başlığı altında videoçarx hazırlayıb.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən sevilməyə başlayıb. Zəlimxan Yaqub xalq ruhu ilə qaynayıb qarışan, xalq tərəfindən sevilən, poeziyası ilə xalqın qəlbini riqqətə gətirən bənzərsiz şairdir. Zəlimxan Yaqubun şeirlərinin mayası sazla-sözün vəhdətindən yoğrulub.

Aşıq poeziyası Zəlimxan Yaqubun sənət məktəbi olub. Saz Zəlimxan Yaqubun ümid yeri, pənahı olub. O şeirlərində doğma vətəninin təbii gözəlliyini, insanların mənəvi özəlliyini söz sərrafı kimi təsvir edir. Zəlimxan Yaqub zamanın nəbzini tutmağa çalışır, yaşadığı ömür yolunun görüntülərini, xalqın həyatını, mübarizəsini şeirlərində özünəməxsus poetik üslubda qələmə alır.

Xalq şairi, görkəmli ictimai xadim Zəlimxan Yaqub özünün fitri istedadı, poetik, çoxcəhətli yaradıcılığı ilə ümumxalq məhəbbəti qazanıb. Onun mənzum əsərləri milli müstəqilliyimizin əbədiyaşar poetik salnaməsidir.

https://www.instagram.com/tv/CFYJMVqhsBB/?igshid=18ts866zjkg5i

Baxış sayı: 491