Leyla Ağalar qızı Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirib. Anası Bikə xanım Əli Bayramov klubuna - qadınların dərnəyinə gedib. Qızını da özü ilə aparıb. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayıb.
O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamış Filarmoniyada solist kimi çalışıb. Şəxsən Leyla üçün rəqslər qurulub. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. Beləcə Azərbaycan teatrına bir imza daxil olur - Leyla Bədirbəyli.
Tamaşalarda həmişə baş rolları oynayıb. Öz işinə çox ciddi, məsuliyyətlə yanaşması onu hamıya sevdirib. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gələrmiş. Peşəsinə çox sadiq və məsuliyyətli olduğundan onun sirlərinə də dərindən yiyələnib. Məsələn, “Solğun çiçəklər”də Saranı oynayıb. Bu tamaşada sonda Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb, amma bir dəfə də olsun tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə baş əyməyə çıxmayıb. Deyirmiş axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Leyla Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin “Tufan”ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində “Pəri cadu” tamaşasında Pəri, “Vaqif”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun çiçəklər”də Sara, “Almaz”da Almaz, “Şərqin səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Şeyx Sənan”da Zöhrab, “Uzaq sahillərdə” Ancelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza və digər rollar ifa edib.
Stalin “Arşın mal alan” musiqili komediyasını çox sevdiyindən onun filminin çəkilməsi ilə bağlı göstəriş verir. Üzeyir bəy Hacıbəyli əsas rollara Rəşid Behbudovla Leyla Bədirbəylini seçir. Gülçöhrə roluna 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olub, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyib. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi. Sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına çağırıb deyir: “Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır”. Leyla qayıdır evə. Gecə nə isə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəyin yanına və onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu yaradır. Üzeyir bəy isə “mən belə dedim ki, gedib öz üzərində çalışasan” deyir. Beləliklə Leyla Bədirbəyli dünya ekranlarına çıxan “Arşın mal alan” filminə çəkilir.
Onun kino taleyi uğurlu olub. Həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların obrazlarını oynayıb. O, 50-yə yaxın bədii, televiziya bədii, qısametrajlı bədii filmdə çəkilib. Onun “Fətəli xan” və “Koroğlu” filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı arvadları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.
“Onun böyük ürəyi” filmindəki Xalidə rolunda isə aktrisa böyük psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini və inamsızlıq hissini açıb göstərə bilib. Xalidə obrazı aktrisa Leyla Bədirbəylinin xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib.
Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan söhbət açan “Görüş” kinokomediyasında məhəbbət mövzusu ilə bağlı bir neçə süjet xətti var. Bunlardan biri Bilqeyis - Musa xəttidir. Filmdə gənc pambıqçı Bilqeyisin obrazını Leyla Bədirbəyli yaradıb.
Aktrisa müxtəlif illərdə çəkilmiş “Kölgələr sürünür” filmində Leyla, “İntizar”da Ana, “Sevil” film-operasında Tafta, “Gilas ağacı”nda nənə, “Bizim küçənin oğlanları”nda Leyla, “Çarvadarların izi ilə”də Məfruzə, “Vulkana doğru”da Gülsum, “Kişi sözü”ndə Ana, “Dərviş Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif, Ağasif”də nənə, “O dünyadan salam”da Kəblə Fatma və başqa filmlərdə maraqlı surətlər yaradıb.
Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurub. 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlib. Cavanşir Cavanşirov həyat yoldaşı Elmira Cavanşirova ilə Leylanın uşaqlıqda yaşadığı, Fəvvarələr Meydanında yerləşən evdə, 2017-ci ildə vəfat edənə qədər yaşayıb. Amma Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və bir neçə ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedib. 1947-ci ildə ilk qız övladı - Lalə dünyaya gəlib. 1964-cü ildə isə ikinci qızları - Bikə doğulub. Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayıb və vəfat edib. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurub. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edib.
Leyla Bədirbəyli “Azərbaycan SSR Xalq artisti” (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı idi.
Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib, Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib