XƏBƏRLƏR
MƏLUMAT
“Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2026 21:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib.

Tədbir zamanı çıxış edən ziyalılar erməni silahlı dəstələrinin xalqımıza qarşı həyata keçirdikləri düşmənçilik siyasətindən, törədilən soyqırımlarından, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən və düşmənə verilən layiqli cavabdan danışıblar.

Tədbirdə gənc musiqiçilərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, Xocalı faciəsinin həqiqətlərini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, tədbirdən öncə kitabxana əməkdaşları “Ana harayı” abidəsini ziyarət edərək Xocalı şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

Baxış sayı: 25