XƏBƏRLƏR
MƏLUMAT
"Tarixə yazılan amansızlıq" adlı söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2024 15:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 61 nömrəli tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tarixə yazılan amansızlıq" adlı söhbət keçirib.

Söhbət zamanı qeyd edilib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri dinc əhaliyə qarşı soyqırımı cinayətləri törədib, tarixi və dini abidələrimiz məhv edilib.

Söhbətin keçirilməsinin əsas məqsədi gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunmasıdır.

Baxış sayı: 170