XƏBƏRLƏR
MƏLUMAT
Şahin Fazil əsərləri ilə “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına daima dəstək olur
ÜMÜMİ XƏBƏRLƏR
04/05/2020 01:26

Bakı ŞəhərMədəniyyətBaşİdarəsiYasamalrayonMərkəzləşdirilmişKitabxanaSisteminin (MKS) həyatakeçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layihəsiçərçivəsində “Yazıçıvəşairlərkoronaviruslamübarizəedir” aksiyasına əsərlər təqdim edilməkdədir.

Karantin rejimi və #Evdəqal kampaniyası elan olunduğu müddətdən virtual fəaliyyətə keçən Mərkəzi Kitabxananın sözügedən aksiyasına tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Şahin Fazil əsərləri ilə dəstək olub.

Bundan əvvəl də o, “Evdə qal!”, “Səksən yaşım”, “Virusun tacı adlandırılan koronavirus Yer Kürəsində tüğyan edir...” şeir və qəzəllərini təqdim edib. Şairin “Acı qəzəl” adlandırdığı növbəti qələm məhsulunun mövzusu pandemiya və onun insanların ovqatına göstərdiyi təsirindən bəhs edir.

 

Acı qəzəl

Nə yaman il ki, sevinc-qəm qarışıb bir-birinə,

Qoca dünya cavan aləm qarışıb bir-birinə.

 

Ellik ilən təzə il vaxtı edərdik bayram,

İndi novruzla məhərrəm qarışıb bir-birinə.

 

Öskürək virusu artır və zökəm virusu bol,

Neçə virus necə möhkəm qarışıb bir-birinə.

 

Başqa yandan da başında tacı virus gəlib,

Nə ağır an, nə çətin dəm qarışıb bir-birinə.

 

Pandemiya daha qorxunc! Bürüyüb dünyanı!

Pandemiya və sətəlcəm qarışıb bir-birinə.

 

Maskasızlar çox idi, maskalılarsa az idi,

Az ilən çox oluban cəm, qarışıb bir-birinə.

 

Neçə pərvanə yanıb-qarsılanıb üstdə şəmin,

Neçə pərvanə ilə şəm qarışıb bir-birinə.

 

Göydə Kövsər bulağı, Yerdəsə Zəm-Zəm suyu var,

San ki, Kövsər ilə Zəm-Zəm qarışıb bir-birinə.

 

Bağiban gülşəni gülsüz görübən ağlamada,

Göz yaşı örtülü şəbnəm qarışıb bir-birinə.

 

Qələmim dəftərin üstündən atır gərdişini –

İki aşiq, iki məhrəm qarışıb bir-birinə.

 

Qoca Şahin qalıb evdə: "Cavanam mən də", – deməz,

Qoca dünya, cavan aləm qarışıb bir-birinə.

Baxış sayı: 247