
İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.
Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər, doğma yurdda məskunlaşan laçınlılar izləyiblər.
Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Azərbaycan süitası" ilə başlanıb. Ansamblın ifasında “Qaytağı” və "Uzundərə" rəqsləri də təqdim olunub.
Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə "Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.
Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında "Qırğız çıroqu” rəqsi təqdim olunub.
Konsert proqramında dövlət başçısının Sərəncamı ilə bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də geniş yer verilib. Əməkdar artist Ramil Qasımov bəstəkarın “Sənsiz" romansını səsləndirib. Sonra o, Əməkdar artist İnara Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.
Qazaxıstanın "Kulansaz" foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər.
Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa" Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar.
Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”, tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər.
"Qaya” Dövlət Ansamblının ifasında “Laçın" xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.
Rusiyadan "Voronej qızları" xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib.
Özbəkistanın “Şodlik” ansamblı “Özbəkistan güldəstəsi” kompozisiyasını təqdim edib.
Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və "Şən Azərbaycanım” (solist: Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb. Bəstəkar müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.
Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.


















- 15:37 Rabatda “Azərbaycan Mərakeşli uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 15:26 Bu gün Əməkdar artist Hamlet Xanızadənin anadan olmasının 84 ili tamam olur
- 14:56 “Heydər Əliyev və Azərbaycan” adlı layihə uğurla davam edir
- 14:37 Paytaxtda IV Bakı Piano Festivalı keçiriləcək
- 14:21 Respublika Gənclər Kitabxanasında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar kitab sərgisi açılıb
- 11:50 Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 86 ili tamam olur
- 11:24 K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 11:19 Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası ilk mükafatlarını təqdim edib
- 11:01 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin istedadlı şagirdləri “Səsimiz bir” adlı layihədə yer alıblar
- 10:25 Görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 117 ili tamam olur
- 09:38 4 nömrəli Uşaq Musiqi Məktəbində “Parlaq gələcək sizinlədir” adlı hesabat konserti keçirilib
- 09:32 Parisdə Panteon meydanında Qobustan və Xınalığın fotoları nümayiş olunur
- 09:29 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 09:24 “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində performans həftəsi
- 17:18 Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
- 15:36 Bu gün Əməkdar artist Fatma Mehrəliyevanın anadan olmasının 99 ili tamam olur
- 14:39 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib
- 14:34 Berlində Türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
- 14:32 Əlyazmalar İnstitutunda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 10:12 “Müasir Azərbaycan Dövlətçiliyi” mövzusunda açıq dərs keçirilib
- 09:56 Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:38 Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub
- 09:35 Laçının Seyrəngah adlanan ərazisində “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb
- 09:22 “MDB-nin mədəniyyət paytaxtı ili" çərçivəsində Laçında qala konsert olub
- 16:39 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib
- 15:29 Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib
- 15:17 “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” adlı mühazirə keçirilib
- 15:13 “Səma” rəqs ansamblı “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib
- 12:05 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 11:39 “İstedad sərhədsizdir” adlı tədbir keçirilib
- 11:18 Əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib
- 10:45 Şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib
- 10:23 "Pişiyin evi" adlı kukla tamaşası təqdim edilib
- 10:19 “Hərəmiz bir çiçək” adlı tədbir keçirilib
- 10:13 "Uşaqlar dünyanın sevincidir" adlı tədbir keçirilib
- 10:04 Bakı Uşaq və Gənclər Teatrı Balakən rayonunda qastrol səfərində olub
- 09:41 “Caz-Ritmin Sehrində” adlı hesabat konserti keçirilib
- 09:09 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olacaq
- 15:31 Azərbaycan milli geyimi Parisdə nümayiş olunub
- 15:29 Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub
- 14:32 Xalq artsti Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 11:00 Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanıb
- 09:24 Uşaqların bayramı təntənəli şəkildə qeyd olunub
- 14:38 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 12:29 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert keçirilib
- 11:08 “Uşaqlar həmişə sevinsin” adlı bayram konserti keçirilib
- 17:31 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı keçiriləcək
- 17:22 31 May – Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib
- 17:09 Mədəniyyət naziri Adil Kərimli Göygöldə vətəndaşları qəbul edəcək
- 17:02 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib
- 16:52 “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib
- 14:58 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib
- 14:51 Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə növbəti konsert
- 14:15 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 12:51 Şəhid və qazi övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
- 12:40 17 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:51 Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 10:55 Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında əməkdaşlıq genişlənir
- 10:37 "Qalib xalqın müstəqilliyi" adlı ədəbi-bədii gecə keçirilib
- 09:59 Mirzə Ələkbər Sabirin anadan olmasının 163 ili tamam olur