İyunun 3-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “İnnovasiya və incəsənətin ustadları: Türk dünyasının dünya elminə və mədəniyyətinə töhfələri” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin, TÜRKSOY-un və Yunus Emre İnstitutunun birgə dəstəyi və təşkilatçılığı, TİKA-nın tərəfdaşlığı ilə baş tutub.
Konfransın məqsədi türk xalqlarının zəngin elmi və mədəni irsinin təbliği və bu irsin bəşəriyyətə təsirini nümayiş etdirmək olub. Əvvəlcə konfrans çərçivəsində TÜRKSOY tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən sərgilərin açılışı olub. İştirakçılar “İpək yolu” əl işləri, “Türk incəsənətində qadınlar” və Türk dünyasından olan gənc rəssamların əsərlərindən ibarət “Türk ruhunun ifadəsi” adlı sərgilərə baxış keçiriblər.
Plenar sessiyada çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyada yaşayan türkdilli icmaların bu ölkənin ictimai, elmi və mədəni həyatına mühüm töhfə verdiyini qeyd edərək vurğulayıb ki, Türk dünyası 179 milyon əhalisi və 2,1 trilyon dollarlıq iqtisadi gücü ilə qlobal arenada önəmli aktordur. Türk sivilizasiyası tarix boyu elm, incəsənət, memarlıq və ədəbiyyat sahələrində bəşəriyyətə dəyərli töhfələr verib. Səfir, Türk dünyasının birliyindən danışaraq deyib: “Azərbaycan üçün Türk dünyasının birliyi güc mənbəyidir. Türk dövlətləri arasında əməkdaşlıq təkcə uğurumuz üçün deyil, həm də dəyərlərimizin və ənənələrimizin qorunması baxımından yüksək önəm daşıyır”.
Sonra çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev, Qırğızıstan səfiri Omurbek Tekebaev, Türkiyə səfiri Gökhan Turan, Özbəkistan səfiri Dilşod Axatov, Qazaxıstanın müvəqqəti işlər vəkili Kadır Kassabulatov və Türkmənistanın müvəqqəti işlər vəkili Ovazgeldi Cumanəzərov türk sivilizasiyasının tarixdə və bu gün dünya elminə, fəlsəfəsinə, incəsənətinə verdiyi töhfələri diqqətə çatdırıblar.
Konfrans daha sonra iki panel sessiyası ilə davam edib. Mədəniyyətə həsr olunmuş birinci paneldə sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Üzeyir Hacıbəylinin və digər görkəmli bəstəkarlarımızın dünya musiqisinə verdiyi töhfələr barədə danışıb.
Elmə həsr olunmuş ikinci paneldə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Nəsirəddin Tusi, Bəhmənyar, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfi Zadə kimi Azərbaycan alimlərinin elmi irsini təqdim edib və onların dünya elminə verdiyi töhfələri vurğulayıb.
Sessiyalarda çıxış edən digər türk dövlətlərinin alimləri və mədəniyyətşünasları öz dövlətlərinin irsi və şəxsiyyətlərinin dünya mədəniyyətindəki və elmindəki yeri barədə geniş danışıblar.
Konfrans TÜRKSOY-un milli musiqi alətləri orkestrinin möhtəşəm qala konserti ilə yekunlaşıb. Konsertdə türk xalqlarının milli musiqisindən ibarət çıxışlar, o cümlədən azərbaycanlı ifaçıların – xanəndə Nisbət Sədrayeva və Səfalı Mirzəliyev, tarda Ruslan Zərbaliyev, kamançada Pərviz Fərhadovun ifaları alqışlarla qarşılanıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin












- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi