XƏBƏRLƏR
MƏLUMAT
“Sən azadsan, Qubadlı” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2023 15:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı 25 oktyabr Qubadlı şəhəri günü ilə əlaqədar “Sən azadsan, Qubadlı” adlı videoçarx hazırlayıb.

Videoçarxda Qubadlı rayonunun çoğrafi mövqeyi, xəritəsi, inzibati strukturu, iqtisadiyyatı, habelə sosial və mədəniyyət obyektləri haqqındaməlumat verilib.

Qeyd olunur ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. İşğal zamanı rayonun tarixi, dini, mədəniyyət abidələri, məbəd və mağaraları, yaşayış məntəqələri erməni vandalları tərəfindən məhv edilib.

44 günlük Vətən müharibəsi nəticəsində Qubadlının azad edilməsi və Qubadlıdan olan Milli Qəhrəmanlar haqqında da videoçarxda məlumat verilib.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

Baxış sayı: 533