XƏBƏRLƏR
MƏLUMAT
Pərpətöyün və saydıqca bitməyən faydaları
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2021 03:12

Pərpətöyün adı ilə tanınan bu bitki Azərbaycanın hər tərəfində yabanı olaraq bitir. Pərpətöyünün tərkibində minerallardan sink, mis, nikel, dəmir, kalsium, kalium, natrium, maqnezium və demək olar ki, vitaminlərin bir çoxu əsasən C vitamini, A vitamini daha çoxdur. Tərkibində başqa bitkilərdə nadir rast gəlinən noradrenalin vardır ki, bunun hesabına yüksək təzyiqi aşağı salır.

Anemiya, qan azlığında faydalıdır. Tərkibində bədən tərəfindən tez sorula biləcək dəmir var.

Qan təzyiqini salır və qanda şəkəri normallaşdırır.

Göz zəifliyindən əziyyət çəkənlər üçün faydalıdır.

Dərini parlaqlaşdırır, cavanlaşdırır.

Zob xəstələri üçün faydalıdır.

Xərçəngdən qorunmaq üçün faydalıdır. Tərkibində güclü antioksidantlar var.

Baxış sayı: 394