XƏBƏRLƏR
MƏLUMAT
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2024 17:04

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi 2024-cü ilin 2 iyun tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir. Qeydiyyatdan keçmiş 874 namizəddən 855 nəfər test imtahanında iştirak etmişdir.

Test imtahanında keçid balını (minimal 35 bal) toplamış namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır.

Müsahibə mərhələsinə namizədlərin qeydiyyatının “my.culture.az” vahid şəxsi kabineti vasitəsilə cari ilin 20 iyul tarixindən sonrakı dövrdə aparılması ilkin olaraq planlaşdırılır.

Bununla əlaqədar müraciət etmək istəyən müvafiq şəxslərin “Digital.Login” qeydiyyatının olması zəruridir.

Müsahibə mərhələsinə qeydiyyat üzrə dəqiq tarixlərlə bağlı əlavə məlumat veriləcək.

Baxış sayı: 210