Çərşənbə günü Azərbaycan Milli Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşəbbüsü ilə Qurban Səidin Ukrayna dilində nəşr edilmiş “Əli və Nino” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirin qonaqları arasında Azərbaycanın dini və etnik icmalarının nümayəndələri, “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu ali məktəblərin müəllim və tələbələri, BBMM-in və Milli Kitabxananın əməkdaşları olub.
Tədbir Azərbaycan Respublikasının və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
BBMM-in icraçı direktoru Rəvan Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin, adət-ənənələrinin qorunub saxlanılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də “Əli və Nino” romanının Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcüməsidir. Ötən illər ərzində əsər udi, talış, ləzgi və tat dillərinə tərcümə edilərək nəşr olunub.
İcraçı direktor qeyd edib ki, kitab “Ukrayna Azərbaycan Konqresi” İctimai Birliyinin sifarişi əsasında Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə tərcümə edilib. O vurğulayıb ki, əsərin Ukrayna dilinə tərcüməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq, çünki ədəbiyyat xalqlar arasında münasibətlərin möhkəmlənməsində, onların qarşılıqlı anlaşmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev qeyd edib ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, əlaqələrin ən mühüm təməllərindən biri mədəni əməkdaşlıqdır. O, iki ölkə arasında mədəni əlaqələrin inkişafında ədəbiyyatın danılmaz rol oynadığını vurğulayıb. Azərbaycan və Ukrayna zəngin ədəbi ənənələrə malik olan, əsərlərində vətənpərvərlik, azadlıq, ədalət, humanizm, məhəbbət kimi dəyərlərin xüsusi yer tutduğu ölkələrdir. Buna misal olaraq “Əli və Nino” romanını göstərmək olar.
Diplomatın sözlərinə görə, Ukrayna ədəbi əsərlərinin Azərbaycan dilinə və əksinə, azərbaycanlı müəlliflərin əsərlərinin Ukrayna dilinə tərcüməsi qarşılıqlı tanışlıq və anlaşmaya töhfə verir. Buna görə də bu əməkdaşlığı davam etdirmək və inkişaf etdirmək lazımdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Xalq yazıçısı Elmira Axundova Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı ilə bağlı çıxış edib. O, mədəniyyət diplomatiyasının aləti kimi ədəbiyyatın potensialından geniş istifadənin vacibliyini vurğulayıb.
Həmçinin “Ukrayna Azərbaycan Konqresi” İctimai Birliyinin sədri Yuri Osadçenko, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi, Azərbaycan İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə Əzizova və başqaları çıxış ediblər.
Çıxışlarında onlar qeyd ediblər ki, ədəbiyyat xalqları birləşdirən, keçmişi müasirliklə, müasirliyi isə gələcəklə bağlayan mənəvi körpüdür. Bu körpünün qorunub saxlanması və gücləndirilməsi üçün qarşılıqlı tərcümələr, ədəbi layihələr, birgə təşəbbüsləri davam etdirmək vacibdir.
Qeyd edək ki, Avropa və ABŞ-ın məşhur ədəbi tənqidçilərinin fikrincə XX əsrin ən yaxşı kitablarından biri kimi tanınan “Əli və Nino” romanı 33 dilə tərcümə edilərək 66 ölkədə nəşr olunub.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərlə söhbətində Qurban Səidin dünyaşöhrətli “Əli və Nino” romanının Ukrayna dilinə tərcüməsinin nəşrinin əhəmiyyətini vurğulayaraq, bu hadisənin Ukrayna və Azərbaycan arasında mədəniyyətlərarası dialoqun və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə olduğunu qeyd edib.
“Bu mühüm mədəni layihənin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının rəhbərliyinə, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə səmimi təşəkkürümü bildirmək istəyirəm. Şəxsən mən bu kitabı çox sevirəm və əminəm ki, onun Ukrayna dilinə tərcüməsi ukraynalı oxuculara Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti və mənəvi dəyərlərini daha dərindən dərk etməyə imkan verəcək”, - deyə səfir bildirib.
Diplomatın sözlərinə görə, iki ölkə arasında mədəni əməkdaşlıq fəal inkişaf etməkdə davam edir.
“Bu il biz Azərbaycan Respublikasında Ukrayna Ədəbiyyatı Günlərini keçirdik və bu işi davam etdirmək üçün artıq Azərbaycan Yazıçılar Birliyi ilə ilkin razılıq əldə etmişik. Biz Ukrayna müəlliflərinin əsərlərini Azərbaycan dilinə, öz növbəsində, Azərbaycan ədəbiyyatı nümunələrini də Ukrayna dilinə müntəzəm olaraq tərcümə edəcəyik. Bu, xalqlarımızın qədim mədəni ənənələri və çoxillik səmimi dostluq münasibətləri ilə yaxınlaşması yolunda mühüm addımdır”, - deyə Yuri Qusev sözlərini yekunlaşdırıb.











- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib