XƏBƏRLƏR
MƏLUMAT
Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2025 12:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Alışovanın “Rənglərin 44 çaları” adlı sərgisi təqdim olunub.

Sərgi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, qəhrəman şəhid və qazilərimizin göstərdiyi misilsiz igidliyin, eləcə də xalqımızın milli həmrəyliyinin incəsənət vasitəsilə təcəssüm etdirilməsi məqsədilə təşkil edilib.

Tədbirdə Milli Məclisin deputatları, rəsmilər, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ətraflı bəhs ediblər, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklər səsləndiriblər.

Tədbirin sonunda şəhid övladlarına YAP Suraxanı rayon təşkilatı tərəfindən hədiyyələr və Mehriban Alışova tərəfindən rəsm tabloları hədiyyə edilib.

Bədii hissədə isə tanınmış incəsənət ustaları musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 154