XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarə Zəfər Gününə həsr olunmuş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/11/2025 11:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Akademiyada Zəfər Gününə həsr olunmuş Xalq artisti Zülfiyyə Xanbabayevanın konserti keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə qeyd olunub ki, bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Bu əlamətdar gün xalqımızın birlik, şərəf və qürur bayramıdır. Azərbaycan xalqı tariximizə qızıl hərflərlə yazılmış bu günü bayram coşqusu ilə qeyd edir.

Daha sonra Zülfiyyə Xanbabayeva “Azərbaycan”, “Etiraf”, “Xatırla məni” və digər sevilən mahnıları ilə çıxış edib.

 

Baxış sayı: 23