XƏBƏRLƏR
MƏLUMAT
Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2025 14:37

Noyabrın 14-də Bakı Şəhər  Mədəniyyət  Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr  olunmuş şeir müsabiqəsinin qaliblərinin və iştirakçılarının  təltifolunma mərasimi keçirilib.

Müsabiqə oxucular arasında mütaliənin təbliği, kitabxanalara  ictimai  marağın  artırılması, istedadlı  uşaqları  aşkarlamaq, uşaq  və  gənclərdə  müasir  Azərbaycan  və  dünya  ədəbiyyatına  marağı  artırmaq  məqsədi  ilə  keçirilib.

Qeyd  edək ki, şeir  müsabiqəsinə  oktyabr  ayında  start  verilib və müsabiqədə Bakı şəhərinin 11 rayonu üzrə keçirilən seçimdə fərqlənən məktəblilər iştirak ediblər. İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılğı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib və hər bir iştirakçı Münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Münsiflər heyətinin ümumi qərarına əsasən Sabunçu rayon MKS-nin oxucusu Quliyev Nihad Rövşən oğlu, Binəqədi rayon MKS-nin oxucusu Nəbizadə Ruqəyyəxanım Fərrux qızı I yer, Səbail rayon MKS-nin oxucusu Cəfərova Səlma Elton qızı II yer, Yasamal rayon MKS-nin oxucusu Baxşıyeva Fatimə Cəlal qızı III yerə layiq görülüblər.

Təltifolunma mərasimində qaliblərə Diplom və hədiyyələr, digər iştirakçılara isə Baş İdarənin Fəxri Fərmanı təqdim olunub.

Baxış sayı: 39