Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar keçirilib.
44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunan seminar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşıb.
Tədbirdə mədəniyyət işçiləri, gənc tədqiqatçılar, şəhid ailələrinin üzvləri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə Dövlət Rəsm Qalereyası tərəfindən Muğam Mərkəzinin foyesində Zəfərimizin 5-ci ildönümü münasibətilə təşkil edilən rəsm sərgisi ilə tanış olublar. Sərgidə tanınmış sənətkarlar Arif Hüseynov, Mir Azər Abdullayev, Tahir Şıxəliyev, Nazim Məmmədov, eləcə də bir neçə gənc rəssamın qrafika, rəngkarlıq və plakat janrlarında işlənmiş 21 əsəri yer alıb.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən fədailərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor: Əməkdar incəsənət xadimi Əlibala Rzayev) ifasında Dövlət Himnimiz səsləndirilib. Orkestr həmçinin Qara Qarayevin “Azərbaycan marşı”nı da ifa edib.
MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov 8 Noyabr – Zəfər bayramı münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Bildirib ki, tədbirin Zəfər Günü ərəfəsində keçirilməsi təsadüfi deyil. Çünki vətənpərvəlik incəsənətin əzəli mövzularındandır. Tarixi Qələbəmiz bu gün yaradıcı insanların ilham mənbəyinə çevrilib və incəsənətin müxtəlif sahələrində bu mövzuda diqqətəlayiq əsərlər yaradılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şanlı Zəfərin xalqımıza əbədi qürur bəxş etdiyini diqqətə çatdırıb. Deyib ki, xalqın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsi, Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.
Daha sonra seminar MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın “Musiqidə vətənpərvərlik”, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun “Vətən sevgisi sözün qüdrəti ilə”, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin “Azərbaycan kino səltənətinin qəhrəmanlıq salnaməsi”, Əməkdar artist, professor Azad Şükürovun “Vətənpərvərlik ruhu teatr səhnəsində” və MEMİM-in əməkdaşı, qazi, teatrşünas Dağlar Yusifin “Sənət və cəbhə arasında” mövzularında məruzələri dinlənilib.
Seminar çərçivəsində rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının Xalq artisti Firəngiz Əlizadənin musiqi əsərləri əsasında hazırladığı “Zəfər yolu” filmi nümayiş etdirilib.
Məruzələr arasında Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat Elnarə Dadaşovanın “Döyüş cəngisi” (müəllifin müşayiəti ilə), Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xoru (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) Üzeyir Hacıbəylinin “Zəfər marşı”, Firəngiz Əlizadənin “Zəfər himni” əsərlərini ifa edib. Həmçinin “Ali Baş Komandan” (musiqi: Kamal, söz: Baba Vəziroğlu, ifa: Mirələm Mirələmov), “Mənim yolum” (qazi, bəstəkar Vüqar Məmmədzadə) videoklipləri nümayiş olunub. Xanəndə Mirpaşa Şükürov isə Kamal Şükürov (tar), Rüstəm Hacıyev (kamança) və Vüqar Nəcəfovun (nağara) müşayiəti ilə “Qarabağ şikəstəsi”ni səsləndirib.
Bütün məruzələr və təqdim olunan ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

qü.jpg)
as.jpg)

kk.jpg)

ff.jpg)
x.jpg)

zz.jpg)
m.jpg)
n.jpg)

c.jpg)

d.jpg)
qq.jpg)
e.jpg)
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib