XƏBƏRLƏR
MƏLUMAT
“Mən orada idim” kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2025 12:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Vətən müharibəsi qazisi Əli Abbasovun müəllifi və layihə rəhbəri olduğu “Mən orada idim” kitabının təqdimatı keçirilib.

Qızıldaş qəsəbə Mədəniyyət  Mərkəzində keçirilən tədbirdə rəsmilər, şəhid və qazi ailələri, təhsil işçiləri, məktəblilər digər qonaqlar iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən qonaqlar kitabın ideya-məzmun istiqamətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində bu cür layihələrin mühüm rolundan danışıblar.

Kitabın müəllifi çıxışında əsərin yazılma məqsədindən, döyüş xatirələrini gələcək nəsillərə ötürməyin mənəvi məsuliyyətindən və şəhid silahdaşlarının xatirəsinə ehtiramla yanaşmaq borcundan bəhs edib.

Təqdimat mərasimindən sonra  “Mən orada idim” kitabının motivləri əsasında "44 dəqiqəlik" səhnələşdirilmiş tamaşa nümayiş olunub.

Azər Namazov adına 180 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında təqdim olunan tamaşa tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 24