XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın gənc vokalçıları Tbilisidə keçiriləcək beynəlxalq müsabiqəyə dəvət olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2025 08:55

Noyabrın 4-dən 8-dək Tbilisidə gənc vokalçılar üçün “Opera Crown” beynəlxalq müsabiqəsi keçiriləcək. Azərbaycanın gənc vokalçıları da tədbirə dəvət olunublar.

Bu barədə AZƏRTAC- Gürcüstan Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin təşkilatçısı Zakaria Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrıdır.

Bu il müsabiqədə 22 ölkədən 41 vokalçı iştirak edir. Müsabiqə iştirakçılarını dünyanın aparıcı opera teatrları və agentliklərinin rəhbərlərindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin sədri Tbilisi Dövlət Opera və Balet Teatrının bədii rəhbəri Badri Maisuradzedir.

“Əminəm ki, beynəlxalq münsiflər heyəti sağlam rəqabət mühitində gənc vokalçıların dünya səhnəsinə yol açması üçün əlindən gələni edəcək”, - deyə Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze bildirib.

“Check in Georgia” layihəsi çərçivəsində “Opera Crown” adlı ilk beynəlxalq vokal müsabiqəsi 2018-ci ildə keçirilib. Müsabiqədə 20 ölkədən 50 gənc müğənni iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Baxış sayı: 22