Noyabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib. 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyinə həsr olunan ekspozisiya minilliklər boyu formalaşmış milli incəsənət irsimizi, xalqın yaradıcılıq düşüncəsini və bədii zövqünü nümayiş etdirir.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Muzeyin direktoru Şirin Məlikova, tarix elmləri doktoru, akademik, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Xalq rəssamı Salhab Məmmədov çıxış ediblər. Natiqlər Zəfər Günü ərəfəsində açılan bu ekspozisiyanın Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir sənət incilərini bir araya gətirməklə, milli qürur və azadlıq ruhunun bədii təcəssümü olduğunu vurğulayıblar.
Qonaqlar daha sonra ekspozisiya ilə tanış olublar.
Yeni daimi ekspozisiya Azərbaycan incəsənətinin Tunc dövründən XIX əsrədək keçdiyi inkişaf yolunu ardıcıl və elmi əsaslarla təqdim edir. Tunc və antik dövrlərə aid keramika, metal məmulatlar, kiçik plastika nümunələri, balbal heykəlləri, orta əsr ağacoyma və misgərlik əsərləri, eləcə də xalçaçılıq, zərgərlik və bədii tikmə sənətinin nadir nümunələri burada nümayiş olunur.
Ekspozisiyada Səfəvilər və Qacarlar dövrlərinə aid keramika, kaşı və miniatür nümunələri, Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab kimi sənətkarların əsərləri də yer alır. İlk dəfə olaraq arxeoloji materialların tapıldığı ərazilər xəritə üzərində əyani şəkildə göstərilir, qara cilalı keramikanın hazırlanma prosesi isə animasiya filmi vasitəsilə təqdim olunur.
Yeni ekspozisiya Azərbaycan incəsənətinin zənginliyini və çoxəsrlik bədii irsimizin canlı təqdimatını özündə birləşdirir.















- 17:29 Forumun ilk paneli: "Mədəniyyət və hüquq"
- 16:24 “Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib
- 15:02 Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
- 11:48 İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub
- 11:25 Beynəlxalq İnsan Hüquqları Gününə adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:52 Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
- 10:48 Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:36 Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış
- 09:30 XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
- 09:25 “KinoBox” onlayn yayım platformasının təqdimat mərasimi keçirilib
- 16:35 Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub
- 16:31 “Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib
- 12:23 Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub
- 09:58 "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
- 09:52 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirilib
- 09:25 Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib
- 17:43 "Heydər Əliyev.Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub
- 16:54 Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib
- 16:22 “Arşın mal alan” Türkmənistan mətbuatında
- 14:39 "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 10:36 Baş İdarə tərəfindən xeyriyyə tədbiri keçirilib
- 09:43 “Boşluğa xütbə” filminin Bakı premyerası olub
- 09:34 Türkiyə Kino Günlərinin rəsmi açılışı “Baku Cinema Breeze” çərçivəsində baş tutdu
- 14:35 “Qonağımız var “ layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 16:07 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib
- 11:59 “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək
- 11:16 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 10:06 Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
- 17:17 İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
- 17:05 “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
- 16:43 Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
- 14:14 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub
- 11:17 Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə
- 10:01 YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində Çili istehsalı olan animasiya filmləri nümayiş etdirilib
- 09:40 Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib
- 09:36 İlin son “Ulduz”u
- 09:28 Milli Azərbaycan Tarixi Muzeyində respublika elmi konfransı keçirilib
- 16:00 “Ümid nəğməsi" adlı tədbir keçirilib
- 14:17 Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
- 11:43 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
- 10:58 Bakıda “Mən – Dədə Qorqud 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası olub
- 10:48 Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib
- 09:41 Azərbaycan violonçel ifaçısı beynəlxalq müsabiqənin laureatı olub
- 09:28 “Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib
- 09:22 Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert keçirilib
- 16:51 Azərbaycan Malayziyada beynəlxalq kitab sərgisində iştirak edir
- 16:11 Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
- 15:27 Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
- 15:17 Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib
- 11:33 Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
- 09:33 Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
- 09:26 Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunub
- 16:31 Açıq dərs təşkil edilib
- 16:22 Rəsul Rzanın ev muzeyində görüş keçirilib
- 14:52 Mədəniyyət naziri Adil Kərimli Ucarda vətəndaşları qəbul edəcək
- 09:39 Laçın – MDB-nin Mədəniyyət Paytaxtı 2025 rəsmən başa çatdı!
- 14:21 Prezident Kitabxanası “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursunu üç dildə təqdim edib
- 11:59 Xankəndidə və Laçında “ANİMAFİLM” festivalları keçirilir
- 10:08 Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub
- 10:06 Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib