XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Şuşa Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2025 12:18

Milli Kitabxanada “8 Noyabr – Şuşa Şəhəri Günü” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə strateji əhəmiyyətə malik mədəniyyət paytaxtı Şuşanın tarixi, mədəniyyəti, qazanılmış Qələbə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, qəhrəman Vətən oğullarının şərəfli döyüş yolları və göstərdikləri igidliklər, eləcə də işğaldan sonrakı dövrdə aparılan quruculuq işlərindən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, 2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 Noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.

Baxış sayı: 17