Tiranada Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşüb. Görüşdə iki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası ilə əlaqədar danışılıb və konkret təkliflər müzakirə edilib.
Tədbiri açan Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa iki ölkə arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Albaniya Milli Kitabxanasında yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu bölmə yalnız kitab kolleksiyası deyil, həm də xalqlarımız arasında mənəvi və intellektual körpü rolunu oynayır. Belə layihələr ölkələrimiz arasında qarşılıqlı anlaşma və hörmətin dərinləşməsinə şərait yaradır, gənc nəsillərin bir-birinin mədəni irsi ilə tanış olması üçün əhəmiyyətli platforma təşkil edir.
Piro Mişa vurğulayıb ki, Albaniya Milli Kitabxanası gələcəkdə Azərbaycan ədəbiyyatı ilə bağlı tədbirləri və oxu günlərini təşkil etməyi, eyni zamanda iki ölkənin yazıçılarının və alimlərinin mübadiləsini davam etdirməyi planlaşdırır.
Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov yeni açılan bu bölmənin ölkəmizin mədəniyyətinin təqdimatı baxımından böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan ədəbiyyatı yalnız milli mədəniyyətimizin əks olunması deyil, həm də insanlığın ümumi mənəvi xəzinəsinə dəyərli töhfədir. Albaniyada yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi ölkəmizin mədəniyyətini tanıtmaqla yanaşı, gənc nəslin dünyagörüşünü genişləndirmək üçün də əhəmiyyətli vasitədir.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov isə bildirib ki, bu bölmə Azərbaycan ədəbiyyatının zənginliyini və müxtəlifliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu, yalnız kitab kolleksiyası deyil, həm də Albaniya oxucuları üçün Azərbaycan mədəniyyətinə və tarixinə açılan bir pəncərədir. O xatırladıb ki, 2022-ci il oktyabrın 7-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasında Albaniya Milli Kitabxanasının daimi guşəsi açılıb və iki kitabxana arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. K.Tahirov bildirib ki, həmin əməkdaşlıq bu gün öz real bəhrəsini verir və Azərbaycan Ədəbiyyatı bölməsinin yaradılması bu əlaqələrin davamı kimi mühüm əhəmiyyət kəsb edir.
Sonra iştirakçılar Azərbaycan Ədəbiyyatı bölməsi ilə tanış olub, burada nümayiş olunan kitablar, nəşrlərlə maraqlanıblar.
Tədbirin sonunda Azərbaycan heyəti Albaniya Milli Kitabxanası ilə tanış olublar.



- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib